Şəkidə güclü yanğın nəticəsində ev sahibinin xırdabunuzlu heyvanları tələf olub
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Şəkidə güclü yanğın hadisəsi qeydə alınıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, fevralın 9-dan 10-a keçən gecə rayonun Oxud kəndində, kənd sakini Vaqif Rəcəb oğlu Həmidova məxsus ümumi sahəsi 640 kv/m olan ikimərtəbəli 7 otaqdan ibarət fərdi yaşayış evində, ümumi sahəsi 120 kv/m olan mal tövləsində və ümumi sahəsi 60 kv/m olan yardımçı tikilidə eyni vaxtda yanğın baş verib.
Yanğının söndürülməsi üçün hadisə yerinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.
Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə, mal tövləsi içərisində olan ot bağlamaları və yardımçı tikili yanar konstruksiyaları ilə birlikdə yanıb.
Mal tövləsində olan 28 baş xırda buynuzlu heyvandan 18 başı və 3 baş iribuynuzlu heyvan xilas olunub. 9 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub.
Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 10 Fevral 2025 06:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















