Şəkidə həyətyanı sahədə yanğın olub
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şəkidə həyətyanı sahəyə yığılmış 2500 ədəd quru ot bağlaması olan ot tayası yanıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəkinin Baş Zəyzid kəndində, kənd sakini Rafael Balanmədovun yaşadığı evin həyətyanı sahəsində baş verib.
Belə ki, həyətyanı sahəyə yığılmış 2500 ədəd quru ot bağlaması və ümumi kütləsi 50 ton olan ot tayasında yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və müvafiq texnikalar cəlb olunub. Yanğının genişlənərək ətrafa keçməsinin qarşısı alınıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:109
Bu xəbər 22 Avqust 2026 09:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















