Şəkidə “Himayədar ailə” qayğı modeli mövzusunda ictimai dinləmə olub
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 19 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən “Himayədar ailə” qayğı modeli barədə məlumatlandırmanı artırmaq məqsədilə daha bir ictimai dinləmə keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Şəki şəhərində 150-dən çox şəxsin iştirak etdiyi tədbirdə iştirakçılara valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərilən dövlət qayğısı, həyata keçirilən alternativ qayğı mexanizmləri, yeni yanaşmalar və “Himayədar ailə” qayğı modelinin mahiyyəti barədə məlumat verilib.
Qeyd edilib ki, həyata keçirilən sosial dəstək tədbirləri uşaqların ailə mühitində böyüməsinə, hərtərəfli qayğı ilə əhatə olunmasına və cəmiyyətə sağlam fərd kimi inteqrasiyasına xidmət edir.
Tədbirdə himayədar ailə institutunun tətbiqi mexanizmləri, namizədlər üçün tələb olunan meyarlar və prosesin mərhələləri ilə bağlı təqdimatlar edilib. Eyni zamanda, iştirakçılarla müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 19 May 2026 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















