“Himayədar ailə” qayğı modeli barədə məlumatlılıq artırılır
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 30 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Şağan Mədəniyyət Mərkəzində “Himayədar ailə” qayğı modeli barədə məlumatlılığın artırılması məqsədilə ictimai dinləmə təşkil edilib.
Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib.
Bildirilib ki, 100-dən çox şəxsin iştirak etdiyi tədbirə dövlət və bələdiyyə orqanlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də mövzu ilə bağlı müraciət edən vətəndaşlar qatılıblar.
İctimai dinləmədə “Himayədar ailə” qayğı modelinin mahiyyəti, üstünlükləri, müraciət qaydaları və digər vacib məqamlar barədə ətraflı məlumat verilib.
Agentliyin İdarə Heyəti sədrinin müşaviri Tünzadə Verdiyeva çıxışında himayədar ailə modelinin əhəmiyyətindən, uşaqların ailə mühitində böyüməsi və qayğı ilə əhatə olunmasının vacibliyindən danışıb.
Agentliyin nümayəndəsi Əhməd Mansurov “Himayədar ailə” institutunun hüquqi əsasları və himayədar valideyn olmaq istəyən şəxslərin qiymətləndirmə prosesi barədə məlumat verib.
Sonda mövzuya dair müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 30 Oktyabr 2026 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















