Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Şəkidə ilk dəfə “Sağlamlıq Günləri” keçirilir

Şəkidə ilk dəfə “Sağlamlıq Günləri” keçirilir

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) təşkilatçılığı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in dəstəyi ilə 25–27 sentyabr tarixlərində Şəki şəhərində ilk dəfə "Şəki Sağlamlıq Günləri" təşkil olunub.

Üç gün davam edən proqram çərçivəsində bir sıra mühüm tədbirlər həyata keçirildi. İlk gün 25 sentyabr tarixində şəhid və qazilərin ailə üzvləri üçün ödənişsiz tibbi müayinələr aparıldı.

26 sentyabrda Heydər Əliyev Mərkəzində Səhiyyə Nazirliyi tərəfindən 9 DTT balı ilə qiymətləndirilən "Ürək müdaxilələrinə gətirən yol: göstərişlər və qərar mexanizmləri" mövzusunda elmi konfrans öz işinə başlayıb.

Konfransda Şəki Rayon İcra Hakimiyyəti, Şəki rayon Mərkəzi xəstəxanası və digər dövlət qurumlarının rəhbərləri, ölkənin aparıcı kardioloqları və beynəlxalq ekspertlər iştirak edirlər.

Çıxışçılar ürək-damar xəstəliklərinin diaqnostika və müalicəsində tətbiq olunan müasir yanaşmaları təqdim edirlər.

Konfransın açılış mərasimində çıxış edən ETKİ-nin direktoru, professor Gülnaz Dadaşova bildirdi ki, bu gün ilk dəfə olaraq Şəkidə belə genişmiqyaslı sağlamlıq günləri keçirilir. Məqsəd region əhalisinə daha yaxın olmaq, tibbi xidmətlərin əlçatanlığını artırmaq və ən son elmi nailiyyətləri birbaşa həkimlərimiz və vətəndaşlarımızla paylaşmaqdır.

Daha sonra Səhiyyə Nazirliyi Səhiyyə Siyasəti Şöbəsinin müdiri Ramik Quliyev isə öz çıxışında qeyd etdi ki,regionlarda keçirilən bu cür təşəbbüslər dövlətin səhiyyə siyasətinin əsas istiqamətlərindən biridir. Səhiyyə hədəfi sağlam həyat tərzinin təşviqi, profilaktik tədbirlərin gücləndirilməsi və hər bir vətəndaşın keyfiyyətli tibbi yardıma çıxışının təmin edilməsidir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama departamentinin rəhbəri, professor Hikmət İbrahimli isə çıxışında vurğuladı ki, Sağlamlıq Günləri təkcə tibbi tədbir deyil, həm də dövlətin vətəndaş qarşısında məsuliyyətinin göstəricisidir. Səhiyyə qurumları birlikdə çalışaraq regionlarda əhalinin sağlamlığını qorumaq, daha keyfiyyətli tibbi xidmətlər təqdim etmək üçün addımlar atır.

Tədbirin sonuncu günü – 27 sentyabrda isə Anım Günü münasibətilə "Şəhidlər xiyabanı" ziyarət olunub və şəhidlərin xatirəsi ehtiramla yad olunacaq.

İlk dəfə keçirilən "Şəki Sağlamlıq Günləri" yalnız Şəki şəhərini deyil, həm də Qax, Balakən, Zaqatala, Qəbələ, Oğuz, Mingəçevir və Ağdaş rayonlarını əhatə edərək, regionlarda sağlam həyat tərzinin təşviqi və tibbi maarifləndirmənin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://baku.ws
archiveBu xəbər 26 Sentyabr 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1006

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see493

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see396

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see316

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see303

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see301

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see280

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see273

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see222

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see216

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see213

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see211

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see211

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see207

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see204

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see198

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see197

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see197

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri