Icma.az
close
up
RU
Şəkidə istiqlal şairinin yubiley təntənəsi

Şəkidə istiqlal şairinin yubiley təntənəsi

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bəxtiyar Vahabzadə – 100

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin Şəki şəhərində yerləşən ev- muzeyini ziyarət edib.

Qeyd edək ki, bu səfər Prezident İlham Əliyevin Xalq şairinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamına uyğun olaraq AMEA və Mahmud Kaşğari adına Beynəlxalq Fondun əməkdaşlığı çərçivəsində təşkil olunub və bir sıra silsilə tədbirlər həyata keçirilib.

Muzeyə baxışdan öncə ziyarətçilər Bəxtiyar Vahabzadənin abidəsinin önünə gül dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər. Ziyarət zamanı qonaqlar şairin şəxsi əşyalarının, yaradıcılığına dair əlyazmaların və onun zəngin irsini əks etdirən eksponatların nümayiş olunduğu muzey ekspozisiyası ilə maraqla tanış olublar.

Ertəsi gün Heydər Əliyev Mərkəzində yubiley konfransı keçirilib. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qurumun Türk dünyasının mədəni irsinin qorunması və təbliği istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edərək yubiley sərəncamına müvafiq olaraq fond tərəfindən nəşr edilən B.Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərini böyük ədəbi və mənəvi hadisə kimi qiymətləndirib, şairin yaradıcılığını türk ruhunun canlı səsi adlandırıb.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Milli Məclisin komitə sədrləri Səməd Seyidov və Musa Quliyev, deputat, Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyev, AMEA Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli,

TÜRKPA-nın baş katibi Mehmet Sürəyya Ər, TÜRKSOY-un baş katibi Sultan Rayev, Türkiyə, Qazaxıstan və Qırğızıstanın Azərbaycandakı səfirləri Birol Akgün, Alim Bayel və Maksat Mamıtkanov çıxışlarında Bəxtiyar Vahabzadənin yaradıcılığından geniş söz açıblar.

Sonda Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Heydər Əliyev Mərkəzinə Bəxtiyar Vahabzadənin fond tərəfindən nəşr edilən “Özümüzü kəsən qılınc” əsərinin nüsxələri hədiyyə edilib.

Ə.ƏLİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri