Icma.az
close
up
RU
Xalq şairinin oğlu...

Xalq şairinin oğlu...

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Həyatda heç vaxt yollarımız kəsişməyib, boy-buxunudan, davranışından, xasiyyətindən xəbərsizəm. Heç səsini də eşitməmişəm. Amma “Facebook” sosial şəbəkəsində dostuq. Burada paylaşdığı şəkilləri tez-tez qarşıma çıxır. Üz görünüşündən, eləcə də status və fikirlərindən, ictimailəşdirdiyi arzu və istəklərindən haliyəm. Düşünürəm ki, bütün bunlar onun haqqında danışmağıma yardım edəcək. Axı aprelin 21-i onun ad günüdür, qulağı səsdə, gözləri yolda olacaq. Bir də ki, xalq aşığı demişkən; “”Can” deməklə candan can əskik olmaz, Məhəbbət artırar, mehriban eylər...”
Deyir ki:- “Bu gün də atamın tövsiyyələrini unutmuram. Atam söyləyərdi ki,- baxmayaraq ki, imkanlı tacir ailəsinin oğlu idim, amma öz zəhmətimlə Nəbi Babayevdən Nəbi Xəzriyə çevrildim və parladım. Nəbi Xəzrinin oğlu olmaqla bərabər, çalış özün öz zəhmətinlə həyatdakı cığırını tap və özünü cəmiyyətdə zəhmətinlə tanıtdır. Deməsinlər ki, bu Nəbi Xəzrinin oğludur, desinlər ki, Arzu Babayevdir. Sənə həm mənə, həm də özünə görə hörmət etsinlər.”
Bəli, bu dəfə mən Arzu Babayevdən danışıram. 1962-ci ildə böyük şairimiz Nəbi Xəzrinin ailəsində dünyaya gəlib. 190 nömrəli orta məktəbi bitirdiyini bilirəm, sonra harada ali təhsil aldığından, haralarda çalışdığından xəbərsizəm. Paylaşdığı şəkillərindən onu da bilirəm ki, təqüddə olan polis polkovnik-leytinantıdır...
“Bir dəfə atamı yuxuda çox canlı gördüm. Yuxuda sevinirdim ki, atam sağdır. Bu fərqli yuxu idi. Onu qucaqladım, hərarətini, nəfəsini hiss etdim. O isə danışmırdı, üzümə baxıb gülürdü...”- söyləyir.
Ailədə iki bacı, bir qardaş olublar. Dörd yaşında vəfat edən, özündən yaşca böyük qardaşının adını təxəllüs kimi götürərək Arzu Ələkbər adı ilə hekayələr də yazıb, amma sonra nədənsə davam etdirməyib. Özü dediyi kimi, hiss edib ki, onda ciddi yaradıcılıq damarı yoxdur. Ədəbiyyatın içində böyüsə də, bu onda alınmayıb. Amma yaxşı yazı ilə pis yazını fərqləndirməyi bacarır...
Və müşahidələrimə, analitik təcrübəmə, fantaziya və qənaətimə söykənib, bir az da onun fərdi keyfiyyətlərindən danışmaq istəyirəm. Səbirli, məsuliyyətli və ümid yeri olmağı bacaran adamdır. Humanist və istiqanlıdır. Mənəvi dünyası çox zəngindir. Kənardan sakit, soyuqqanlı və reaksiyasız görünsə də, əsəbləşəndə qəzəbli olur. Amma əsasən sakit təbiətlidir. Dostluqda, yoldaşlıqda etibarlılığı ilə tanınır. Riyazi zəkası var, dəqiqliyi çox sevir. Gözəllik aşiqidir, hər şeyin estetik görünüşünə önəm verir. Pul qazanmaq onun üçün şöhrət və ya üstünlük xətrinə deyil, istədiyi rahat həyatı yaşamaq üçündür. Mənasız risk etməkdən xoşu gəlmir, zəruriyyət yarananda geri çəkilməyi bacarır. Bir də ki, dadlı yeməklərdən zövq alır və dəbdəbəni xoşlayır...
Bəli, haqqında söhbət açdığım Arzu Nəbi oğlu Babayevi həyatda belə təsəvvür edirəm. İndi meydan onu yaxından tanıyanlarındır. Öncə demişdim axı, aprelin 21-i Arzu bəyin ad günüdür...
...Və sonda Arzu bəyi 63 yaşı münasibətilə təbrik edir, möhkəm can sağlığı, firavan həyat arzulayıram...

Hörmətlə, Elman Eldaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Aprel 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see891

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see561

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see324

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see304

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see292

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see289

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see287

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see280

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see241

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see215

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see197

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see183

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see178

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri