Şəkidə kişi anasıgilə getmək istəyən arvadının burnunu qırdı
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Şəkidə ər arvadını döyüb.
Lent.az xəbər verir ki, hadisə rayonun kəndlərinin birində qeydə alınıb.
İttiham aktına görə, kənd sakini 36 yaşlı Şərif Davudov (ad və soyad şərtidir) yaşadıqları evdə arvadına anasıgilə getməyə icazə verməyib. Bundan sonra o, qadının qohumlarını da söyüb. Yaranan mübahisə zamanı Şərif zərərçəkənin sifət və əl nahiyələrinə ayağı ilə zərbələr vurub. Nəticədə qadının burun sümüyü sınıb və o, bir sıra başqa xəsarətlər alıb.
Faktla bağlı Şərif Davudov polis əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu, həmçinin arvadı ilə barışdığını bildirərək, məhkəmədən işə xitam verilməsini istəyib.
Zərərçəkən şəxs də ərinə qarşı şikayət və tələbinin olmadığını deyib.
Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və Şərif Davudov məsuliyyətdən azad edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 21 May 2026 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















