Şəkidə it kişinin burnunu DİŞLƏDİ
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şəkidə itlər 59 yaşlı kişiyə hücum edərək onu yaralayıb.
Bakıvaxtı.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində baş verib.
Zərərçəkən hadisənin hər hansı ucqar kənddə deyil, şəhərin mərkəzində baş verməsinin ciddi narahatlıq doğurduğunu bildirib.
Hadisə barədə danışan sakin səhər saatlarında itlərin ona hücum edərək yerə yıxdığını və nəticədə xəsarət aldığını deyib.
Fəhlə işləyən kişinin ailə üzvlərinə hadisə barədə xəstəxanadan məlumat verilib.
Hazırda ambulator müalicə alan zərərçəkənə həkimlər qısa müddətdə burnundan əməliyyat olunmadığı təqdirdə ciddi fəsad yarana biləcəyi barədə xəbərdarlıq ediblər.
Baxış sayı:115
Bu xəbər 25 Avqust 2026 00:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















