Şəkidə sahibsiz itlər iki nəfərə hücum etdi
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şəkinin Baş Göynük və Cəfərabad kəndlərində sahibsiz itlər iki nəfərə hücum edib.
"Unikal" xəbər verir ki, rayonun Cəfərabad kənd sakini, 58 yaşlı Şahin Allahverdiyev işdən evə qayıdarkən sahibsiz it ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Digər hadisə isə rayonun ucqar dağ kəndlərindən olan Baş Göynükdə qeydə alınıb. Burada isə sahibsiz it küçədə 12 yaşlı Aydan Nəsibovaya hücum edərək onu dişləyib.
Hər iki şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Sakinlərə ilkin tibbi yardım göstərilib, daha sonra quduzluq əleyhinə vaksin vurulub. Həyatları üçün təhlükə sovuşandan sonra sakinlər həkim nəzarəti altında ambulator müalicə üçün evlərinə buraxılıb.
Bu mövzuda digər xəbərlər:Şəkidə sahibsiz itlər iki nəfərə hücum etdi Yeni Çağ Media
09 Noyabr 2024 22:23
Şəkidə iki nəfərə it HÜCUM ETDİ
15 Noyabr 2025 18:46
Şəkidə 3 nəfərə canavar HÜCUM ETDİ
13 Dekabr 2024 11:33
Şəkidə sahibsiz itlər sakinlərə hücum edir İcra Hakimiyyəti yardım istədi
02 Sentyabr 2026 07:59
Şəkidə çaqqal 4 nəfərə hücum etdi Açıqlama
11 Sentyabr 2026 14:46
Baxış sayı:258
Bu xəbər 09 Noyabr 2024 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















