Şəkidə çaqqal 4 nəfərə hücum etdi Açıqlama
Icma.az, Medicina saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11:10 radələrində yırtıcı heyvan dişləməsi səbəbilə 4 nəfər (2 kişi, 2 qadın) Şəki Rayon Mərkəzi Xəstəxanasınn Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentlərə bədənin müxtəlif nahiyələrinin açıq yarası diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri stabil qiymətləndirilən şəxsləri ambulator müalicə üçün evə buraxılıb.
***13:36
Şəki şəhərində 4 nəfər çaqqal hücumuna məruz qalıb.
Medicina.az bildirir ki, “Report” un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib.
71 yaşlı Oktay Əliyev, Töhvə Məmmədova (71), Reyhanə Muxtarova (61) və Sənan Əmirlini (36) küçədə çaqqal dişləyib.
Xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müalicəsi davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 11 Sentyabr 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















