Icma.az
close
up
RU
Şəkidə şair publisist Vaqif Aslanın 75 illik yubileyi qeyd olunub

Şəkidə şair publisist Vaqif Aslanın 75 illik yubileyi qeyd olunub

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şəki, 11 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri, şair-publisist Vaqif Aslanın anadan olmasının 75 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən yubiley tədbirinin iştirakçıları əvvəlcə şairin kitablarından ibarət sərgi ilə tanış olublar.

Yubiley tədbirində şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Şəkinin görkəmli şəxsiyyətləri, istedadlı insanları ilə Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat tarixində önəmli rol oynadığını diqqətə çatdırıb, belə şəxslərdən birinin də istedadlı qələm ustası Vaqif Aslan olduğunu bildirib. Vaqif Aslanın şairliyi ilə yanaşı, dramaturq, tədqiqatçı və tərcüməçi kimi də tanındığını qeyd edən icra hakimiyyətinin başçısı, onu yubileyi münasibətilə şəhər ictimaiyyətinin adından təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.

Milli Məclisin deputatları Cavanşir Feyziyev, Əli Məsimli, Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Fariz Yunisli, AMEA-nın şöbə müdiri, filologiya elmləri doktoru Asif Rüstəmli, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İbrahim İlyaslı, BDU-nun professoru Allahverdi Məmmədli, filologiya elmləri doktoru, şair İslam Sadıq, fizika üzrə fəlsəfə doktoru, şair Fikrət Əsgərov, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa və başqaları çıxış edərək, Vaqif Aslana təbriklərini çatdırıb, şairin yaradıcılığını, pedaqoji fəaliyyətini yüksək dəyərləndirib, onun haqqında ürək sözlərini, xatirələrini bölüşüblər.

Tədbirdə, həmçinin şairin 75 illik yubileyi münasibətilə hazırlanmış “Ruhlarla danışan adam” adlı kitab haqqında məlumat verilib.

75 illik yubileyi münasibətilə şair-publisist Vaqif Aslana Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı və xatirə hədiyyəsi təqdim olunub, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın yubilyara ünvanladığı təbrik məktubu oxunub.

Şair-publisist Vaqif Aslan yubiley tədbirinin təşkilatçılarına, ünvanına dedikləri xoş sözlərə görə çıxış edənlərə minnətdarlığını bildirib.

Tədbirin bədii hissəsində Vaqif Aslanın şeirləri səsləndirilib, həmçinin Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 saylı Uşaq musiqi məktəbinin təqdimatında şairin sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri