Şəkidə “Talassemiya cəmiyyətə bir mesaj” adlı konfrans və qanvermə keçirilib
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Şəki şəhər Heydər Əliyev Mərkəzində “Talassemiya – cəmiyyətə bir mesaj” adlı konfrans keçirilib, həmçinin talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyətinin və talassemiyanın profilaktikası sahəsində maarifləndirmə fəaliyyəti ilə tanınan sosial təşəbbüsçü Ayşən Abdullayevanın təşkilatçılığı ilə həyata keçirilən layihənin ümumi rəhbəri və aparıcısı Elvin Nüsrətoğlu olub.
Tədbirdə əvvəlcə talassemiya xəstəliyi və onun yaratdığı fəsadlar haqqında məlumatı, qarşısının alınması yollarını və cəmiyyətin bu istiqamətdə üzərinə düşən məsuliyyəti əks etdirən videoçarx nümayiş olunub.
Panel çərçivəsində ekspertlər talassemiyanın yaranma səbəbləri, profilaktik tədbirlər, erkən diaqnostikanın əhəmiyyəti, müasir müalicə üsulları və qan donorluğunun vacibliyi barədə ətraflı məlumat verərək cəmiyyətin bu xəstəliklə mübarizədə daha həssas və məsuliyyətli olmasının vacibliyini vurğulayıblar.
Daha sonra “Ürəkdən Qana” layihəsinin rəhbəri Ayşən Abdullayeva çıxış edərək talassemiya ilə bağlı şəxsi həyat hekayəsini iştirakçılarla bölüşüb. O, 14 yaşında övladını bu xəstəlik səbəbindən itirməsinin yaratdığı ağrıdan, bir valideyn kimi yaşadığı çətinliklərdən və hazırda talassemiya ilə mübarizə aparan uşaqlara göstərdiyi dəstək fəaliyyətindən danışıb. Onun səmimi çıxışı auditoriya tərəfindən böyük həssaslıqla qarşılanıb.
Panel müzakirələrinin sonunda iştirakçılar ekspertlərə çoxsaylı suallar ünvanlayıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparıblar.
Layihənin davamı olaraq Şəki Dövlət Dram Teatrında “Talassemiya – Qan Birliyi” adlı könüllü qanvermə aksiyası təşkil olunub.
Aksiyanın əsas məqsədi qan ehtiyatlarının artırılması, talassemiya xəstələrinə dəstək göstərilməsi və cəmiyyətdə könüllü qan donorluğu mədəniyyətinin daha da geniş təşviq edilməsidir.









Baxış sayı:171
Bu xəbər 19 İyun 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















