Icma.az
close
up
RU
Talassemiya. Simptomlar, səbəblər, müalicə

Talassemiya. Simptomlar, səbəblər, müalicə

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda talassemiyanın geniş yayılması nə ilə bağlıdır?

Ölkədə bir milyondan çox talassemiya daşıyıcısı, 3 mindən çox talassemiya xəstəsinin olması nədən xəbər verir?  Talassemiyanın yaranmasının əsas səbəbləri hansılardır? Talassemiya sağalmaz xəstəlikdirmi? Qohum evliliklərin talassemiyanın yayılmasında rolu nə qədərdir?

Lent.az xəbər verir ki,  Respublika Talassemiya Mərkəzinin şöbə müdiri, həkim-hematoloq Xuraman Cəfərova deyib ki,   
Azərbaycan talassemiya üçün endemik zonadır. Onun sözlərinə görə, ölkəmizdə talassemiyanın geniş yayılması həm də qohum evliliklərinin çox olması ilə bağlıdır. Hematoloq deyib ki, uzun illər maariflənmə səviyyəsi aşağı olduğu üçün talassemiyalı xəstələrin doğulması göstəriciləri artmaqda davam edib.

İki talassemiya daşıyıcısının nikaha girməsi nəticəsində dünyaya gələn uşaqların talassemiya xəstəsi olması riskləri barədə danışan mütəxəssis deyib ki, bu zaman 25 faiz  xəstə uşaq doğulması riski var: "Bu isə o demək deyil ki, həmin nikahdan birinci uşaq xəstə, ikinci sağlam doğulacaq və ya əksinə. Ola bilər ki, dörd hamiləlik olsun, onların dördündə də xəstə uşaq dünyaya gəlməsi riski var".

X. Cəfərova qeyd edib ki, talassemiya daşıyıcısı praktik sağlam insandır. Talassemiya genini daşıyan insanların sağlam insanlardan hər hansı fərqi yoxdur. Daşıyıcı olan şəxslərdə yüngül qan azlığı ola bilər. Amma bu da onların həyat fəaliyyətinə o qədər də ciddi təsir etmir: "Talassemiya xəstəliyi isə çox ağır xəstəlikdir. Bu xəstələr bütün ömürləri boyunca davamlı müalicə almaq məcburiyyətində qalırlar".

Talassemiyanın alfa və beta qruplarına ayrıldığını deyən X. Cəfərova beta-talassemiyanın ağır forma olduğunu, onun özlüyündə də 3 növə bölündüyünü qeyd edib. Onun sözlərinə görə, böyük beta-talassemiya xəstələri daha ağır xəstələr sayılır və onlara hər ay qan köçürülməsinə ehtiyac var. Beta-talassemiyanın ara formasında isə xəstəyə ildə 2-3 dəfə qan köçürülməsinə ehtiyac duyulur.

Həkim deyib ki, vaxtlı-vaxtında qan köçürülən, eyni zamanda müvafiq müalicələr alan talassemiya xəstələrinin ömür göstəriciləri artır.

Son zamanlar talassemiya xəstələrinin daha erkən aşkarlandığını və vaxtında müalicələrə başlandığını deyən mütəxəssis bunun nəticəsində ölüm göstəricilərinin azaldığını bildirib.

Onun sözlərinə görə, son illər nikahdan öncə talassemiya daşıyıcılığının aşkarlanması ilə bağı aparılan tibbi müayinələr nəticəsində də talassemiyalı uşaqların dünyaya gəlmə sayında azalma müşahidə olunur.

X. Cəfərova iki daşıyıcı ailə qurarsa, perinatal dövrdə dölün müayinə olunmasına ehtiyac olduğunu vurğulayıb: "Uşaq ana bətnində olanda mütləq yoxlanmalıdır, talassemiya xəstəsidirsə, uşağın doğulması məsləhət görülmür. Talassemiya böyük bir bəladır. Ailə quran hər bir şəxs vaxtında müayinədən keçməlidir. Talassemiyalı uşaqların doğulmaması naminə vaxtında müayinələrin aparılması zəruridir. İki daşıyıcı ailə qurmasın deyə hər hansı qadağa yoxdur. Sadəcə, iki daşıyıcı ailə qurarsa, uşağın dünyaya gəlməsi mütləq nəzarət altında olmalıdır. Perinatal dövrdə müayinə aparmaq lazımdır. Hamiləliyin 12-ci həftəsində dölyanı mayedən götürülən nümunənin genetik müayinəsi ilə uşağın talassemiya olub-olmayacağını bilmək mümkündür".

Onun sözlərinə görə, iki daşıyıcının ailə qurduğu hallarda süni mayalanma ilə də sağlam uşaqların doğulması mümkündür.

Həkim qeyd edib ki, Talassemiya Mərkəzinə müraciətlərin daha çox Şəki, Qəbələ, Lənkəran, Ağdaş, Kürdəmirdən olur. Hematoloq həmin bölgələrdə talassemiya daşıyıcılarının çoxluğunu nəzərə alaraq bunun nəticəsində xəstə uşaqların doğulması riskinin daha böyük olduğunu deyib.

Talassemiyanın sağalmaz xəstəlik olması fikri ilə razılaşmayan həkim son illərdə ölkədə aparılan sümük iliyi transplantasiyası əməliyyatları barədə danışıb.  Onun sözlərinə görə, indiyədək aparılan sümük iliyi transplantasiyası əməliyyatlarının 80 faizi talassemiya xəstələri ilə bağlı olub.   

X. Cəfərova talassemiyanın əlamətlərindən də danışıb: "Xəstə uşaqlar daha çox solğun üzləri ilə seçilir. İrəli dövrlərdə valideynlər dəridə, göz içərisində sarılıq müşahidə edə bilərlər. Daha böyük yaşlarda isə dəridə tündləşmə müşahidə olunur. Xəstələr daha çox həkimə qan azlığı şikayəti ilə müraciət edirlər".

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:283
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see687

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see536

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see299

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see276

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see268

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see265

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see261

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see257

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see252

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see216

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see192

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see186

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see184

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see184

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri