Icma.az
close
up
RU
Şəkidə Terra Madre qastronomiya festivalı keçirilir

Şəkidə Terra Madre qastronomiya festivalı keçirilir

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, festivalın açılış mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, “Slow Food International”ın prezidenti Edvard Mukibi çıxış edərək, UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan və tarixi İpək Yolu şəhəri olan Şəkidə təşkil edilən “Terra Madre” qastronomiya festivalının əhəmiyyətindən danışıblar.
Bildirilib ki, Azərbaycanda ilk dəfə keçirilən və ölkəmizə “Slow Food” təcrübəsini gətirən festivalın əsas məqsədi kənd icmalarının balanslı inkişafına dəstək olmaqla dayanıqlı qida sistemini, yerli kulinariya ənənələrini və mədəni irsi təşviq etmək, eyni zamanda aqrobiomüxtəliflik ehtiyatlarının səmərəli istehsal və istehlakına töhfə verməkdir.
Vurğulanıb ki, “Slow Food” dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan yanaşmadır. Ümumilikdə “Terra Madre Shaki” festivalı Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi regionlarında həyata keçirilmiş “Slow Food” layihəsinin yeni mərhələsi kimi çıxış edir.
Qeyd edək ki, Şəkinin tarixi mərkəzində keçirilən festivalda kənd təsərrüfatı siyasəti və qastronomiya üzrə ekspertlərin forumu, hökumət nümayəndələri və sənaye mütəxəssislərinin iştirakı ilə biomüxtəliflik, şərabçılıq üzrə dəyirmi masa müzakirələri təşkil edilib. 30-a yaxın yerli istehsalçı fermer tərəfindən hazırlanan məhsulların yarmarkası, həmçinin dequstasiya və ustad dərsləri keçirilib.
Yarmarkada, ümumilikdə 26 bölmə üzrə 13 stenddə Qəbələ və İsmayıllıda yetişdirilən ata-baba fındığı, Dəmirçi, Basqal və Lahıc dağ kəndlərində hazırlanan qara halva, mürəbbələr, Abşeronun zəncirfərəc şirniyyatı, Qax-Zaqatala bölgəsinə xas olan maxara, Lənkəranın müxtəlif çay növləri, Şəkinin “Bio garden” təsərrüfatında orqanik üsullarla yetişdirilən meyvə, tərəvəz və giləmeyvələr, Şəki paxlavası, Şəki şərabları, Şamaxının Mədrəsə üzümü, Qafqazın dağlıq ərazilərində hazırlanan pendir növləri, Qaladərəsi kəndində istehsal olunan süd məhsulları, İvanovka kəndinə məxsus günəbaxan yağları, Naxçıvan qovurması və sair məhsullar ziyarətçilərə təqdim olunub.
Musiqiçilərin, folklor qruplarının və sənətkarların çıxışları da festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azvision.az
archiveBu xəbər 11 Oktyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri