Icma.az
close
up
RU
Səkilərdəki bəzək düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. AÇIQLAMA

Səkilərdəki bəzək düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. AÇIQLAMA

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qarlı və şaxtalı havada səkilərdə yerimək avtomobil idarə etməkdən daha təhlükəlidir

Ötən həftədən yağan qar paytaxt sakinlərinin həyatına ciddi təhlükə yaradıb.

Avtomobillərin və piyadaların hərəkətində ciddi məhdudiyyət yaranıb.

Hidrometeoroloqlar bir neçə gün əvvəldən havanın kəskin dəyişəcəyi, qar yağacağı, şaxta olacağı barədə aidiyyəti qurumları xəbərdar etsə də, müvafiq qurumlar "Bakıya qar yağmır" prinsipinə dayanaraq qabaqlayıcı tədbirlər görmədilər.

Beləcə, yağan qar şəhər təsərrüfatına məsul qurumların yarıtmaz fəaliyyətini bir daha üzə çıxartdı. Yolların buz bağlaması səbəbindən bir neçə gündür şəhər sakinlərinin hərəkəti məhdudlaşıb, yollarda təhlükəli hal və qəza şəraiti yaranıb. İctimai nəqliyyatın da hərəkəti iflic vəziyyətə düşüb, avtobuslar gecikib (bəziləri ümumiyyətlə, işləmədi), səkilər isə piyadaların qəniminə çevrilib. Qeyd edək ki, marketlər, ofislər, şirkətlər və s. yerləşdiyi məkanların qarşısına düzülən sürüşkən tametlər, mərmərlər sözün həqiqi mənasında piyadaların kabusuna çevrilib. Şəhərin bütün səkiləri şüşə kimi buz bağlayıb. Piyadalar üçün hərəkət etmək çox təhlükəli hal alıb. İnsanların sürüşüb xəsarət almasına səbəb olan bu mərmərlər təkcə market, şirkət kimi ərazidə olsa dərd yarıdır. Eyni zamanda parklarda, meydanlarda, yeraltı piyada keçidlərindəki pilləkənlərdə də həmin vəziyyətdir. Həmçinin bir neçə ildir ki, yolların qırağına mərmər bordür daşları vurulur ki, onlar da yağışlı və qarlı havada ora ayaq qoyan insanların yıxılmasına gətirib çıxarır.

Təhlükəli olduğu halda bu cür materiallardan niyə istifadə edilir?


Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı da "Sherg.az"a açıqlamasında qarlı və şaxtalı hava şəraitində səkilərdə yeriməyin avtomobil şütüyən yollarda gəzməkdən daha təhlükəli olduğunu deyib. Onun sözlərinə görə, qar yağan kimi Bakıda nəinki səkilər, piyada keçidləri, parklarda da hərəkət təhlükəli olur:


"Şəhərdəki bu biabırçı vəziyyət uzun illərdir müzakirə olunur, çıxış yolları axtarılır, həll yolları təklif edilir. Onu deyim ki, Bakıda səkilərə, piyada keçidlərinin ətrafına vurulan mərmərləri sökmək, başqa daşlarla əvəzləmək vəsaiti kül kimi havaya üfürməkdir. Əvvəldən bu məsələyə diqqət edilməli idi. Piyada keçidini, səkini piyadaların təhlükəsizliyi üçün yaradıblar. Amma piyadalar qarlı havada səki ilə, piyada keçidləri ilə gedəndə, parklarda hərəkət edəndə sürüşüb xəsarət alırlar. Çünki sözügedən yerlərdə yerə döşənilən daşlar xizək kimi sürüşkəndir. Mərmər daşların sürüşkən olmasının əsas səbəbi də onların hamar və suyu yaxşı hopdurmayan səthə malik olmasıdır.

Qar və buz asanlıqla üzərində qalır və sürüşkən bir təbəqə əmələ gətirir. Odur ki, qarlı havada hərəkətdə olan piyadalar səkilərdə ehtiyatlı olmalıdır. Yol kənarında olan obyektlərin sahibləri isə mümkün olduqca qum və ya duz səpərək səthi daha az sürüşkən hala gətirməlidir. Çünki səkilər bəzən yolun hərəkət hissəsindən tez donur. Belə yerlərdə buz olmasa da, yerdə azca qar olması çox ciddi sürüşmə effekti yara bilir. Odur ki, belə havada imkan daxilində altı sürüşməyən ayaqqabılardan istifadə etmək məsləhətdir.

İnsanların addımları gündüz vaxtı qarın əriməsinə səbəb olsa da, gecə havanın soyuması ilə donub buzlaşmasına gətirib çıxarır. Ona görə də insanların diqqətli olması, uyğun ayaqqabı geyinməsi və ehtiyatla hərəkət etməsi vacibdir.

Statistika da göstərir ki, qarlı-buzlu küçələrimizdə piyada hərəkət edərkən yıxılaraq ciddi travma (xüsusən qol-qıç sınıqları) alan insanların sayı yol-nəqliyyat hadisələrində travma alanların sayından bəzən 5 dəfə çox olur".


E.Bayramlının sözlərinə görə, onlarla insanın xəsarət almasına, şikəst qalmasına səbəb olan bu problem ölkədəki kadr problemindən qaynaqlanır:

 "Müvafiq qurumlara savadlı və işinin peşəkarı olan kadrlar əvəzinə kimin gəldi təyin edilməsi şəhər infrastrukturunda norma və standartlardan kənara çıxılmasına zəmin yaradır. Bəzək düzəkli daşlar düzməklə gördükləri işin dəyərini qaldırmaq, artıq pullar mənimsəmək siyasəti yeridirlər.

Problemin fundamental səbəbi isə bizim cəmiyyət olaraq keyfiyyətə yox, görünüşə fikir verməyimizdən qaynaqlanır. Tək yollarımız yox, bütün həyat tərzimiz, geyimimiz, ev əşyalarımız da belədir. Psixoloji olaraq ancaq görüntü ilə maraqlanırıq. Bakının yaşıllığını məhv edib şəhərin hər yerini dekorativ ağaclarla niyə bəzəmişiksə, şəkillərdəki asfalt örtüyünü qazıyıb bəzəkli, sürüşkən daşları da o səbəbdən düzmüşük.

Məmurlarımız da bu səbəbdən bir iş görən kimi görüntüyə hesablanmış addım atırlar. Bu artıq psixoloji xəstəlikdir. Bizim cəmiyyətin çox ciddi dəstəyə ehtiyacı var".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:267
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Fevral 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri