Səkini bazara çevirən alverçi təhlükə yaradır: Bir gün kimisə maşın vuracaq ŞİKAYƏT VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Xırdalanda səkini bazara çevirən satıcı piyadaların yolunu kəsib. Bu barədə Avtosfer.az-a sakinlərdən biri şikayət ünvanlayıb. O bildirir ki, artıq neçə ildir həmin şəxs Mehdi Hüseynzadə küçəsində ("Grandmart"ın yanında) qanunları kobud şəkildə pozur: "Maşınını yolun əks tərəfində saxlayıb, nömrələrini isə çıxarıb ki, heç kim bilməsin. Piştaxtanı da səkiyə qoyaraq oraları bazara çevirib. Biz də piyada qismində həmin yerdən keçən zaman hərəkət hissəsinə düşməli oluruq. Qeydə aldığım videodan da aydın şəkildə görünür ki, səki ilə hərəkət etmək qeyri-mümkündür. Bu yoldan gün ərzində nə qədər məktəblilər gedir. Gərək onlardan kimisə maşın vura, ondan sonra səkini boşaldalar? Aidiyyəti qurumlardan xahiş edirik ki, həmin şəxs məsuliyyətə cəlb edilsin və səkidəki bazarın yığışdırılması istiqamətində addımlar atılsın" - deyə oxucu bildirib.
Sözügedən videonu təqdim edirik.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 05 Noyabr 2024 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















