Icma.az
close
up
RU
Şəkinin daxili turizm imkanları nümayiş etdirilib │FOTOLAR,VİDEO

Şəkinin daxili turizm imkanları nümayiş etdirilib │FOTOLAR,VİDEO

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.


Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlarda, o cümlədən “Yuxarı Baş” qoruğunda tarix, mədəniyyət və təbiət abidələrinin, maddi-mədəni irsin qorunması ilə bağlı görülən işlərdən danışıb. O, ərazinin turistlər üçün daha maraqlı məkana çevrilməsi məqsədilə həyata keçirilən bərpa və yenidənqurma tədbirlərini də diqqətə çatdırıb. Bildirilib ki, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəbəkə Emalatxanası və Təlim Mərkəzi bərpadan sonra 2026-cı ildə istifadəyə verilib. Hər iki turizm obyektində həyata keçirilən bərpa və konservasiya işləri tarixi irsin qorunmasına, Şəkinin qədim sənətkarlıq ənənələrinin yaşadılmasına, həmçinin şəhərin turizm potensialının daha da artırılmasına xidmət edir.

İdarə Heyətinin sədri M.Ağabəyli “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində digər tarixi-memarlıq abidələrinin bərpa və konservasiya işlərinin mərhələli şəkildə davam etdirildiyini vurğulayıb. Qeyd edib ki, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir. 2026-cı ilin yanvar-sentyabr aylarında Qoruqdakı Xan sarayını, ümumilikdə 128 487 turist bilet alaraq ziyarət edib. Onlardan 72 309 nəfəri (56,28 faiz) yerli, 56 178 nəfəri (43,72) xarici turist olub. 42 050 nəfər isə ödənişsiz qaydada Qoruğu ziyarət edib.

Mediatur çərçivəsində jurnalistlər Qala Divarları Kompleksi daxilində XIX əsrə aid tarixi Barıt anbarı binası ilə tanış olublar. Bildirilib ki, bərpa və konservasiya işlərindən sonra bu tarixi məkan sənətkarlıq emalatxanası və dulusçuluq mərkəzi kimi fəaliyyət göstərir. Burada həm yerli ustalar tərəfindən Şəkinin məşhur piti qabları (“dopu”) və su qabları hazırlanır, həm də şəhərə gələn turistlər üçün gil sənəti üzrə master-klasslar təşkil edilir. Dulusçu Şöyüb Məmmədov media mənsublarına gildən müxtəlif məişət əşyalarının hazırlanması prosesini əyani nümayiş etdirib.

Mediatur iştirakçıları “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə də baş çəkiblər. Bu Mərkəz ölkənin qədim keramika ənənələrini qorumaq, sənətkarlığı inkişaf etdirmək və ailə təsərrüfatlarına dəstək olmaq məqsədilə yaradılıb.

Qafqazda ilk Keramika Mərkəzi kimi tarixə düşən bu sənətkarlıq ocağında tanınmış əcnəbi sənətkarların iştirakı ilə beynəlxalq tədbirlər, həmçinin müasir avadanlıqlardan istifadə etməklə təlimlər təşkil olunur. Mərkəzdə keramika sənətindən əlavə, xalçaçılıq və digər sənətkarlıq sahələri üzrə təlimlər keçirilir.

Şəki Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı jurnalistlərə məlumat verilib ki, Muzeydə bölgənin tarixini, mədəniyyətini, etnoqrafiyasını, ənənəvi sənətkarlığını və kulinariya irsini əks etdirən eksponatlar nümayiş etdirilir. Burada, ümumilikdə üç mindən çox maddi-mədəni dəyərə malik eksponat qorunur, onlardan 1826-sı sərgi zallarında təqdim olunur.

Mediatur iştirakçıları Şəbəkə Emalatxanası və Təlim Mərkəzinə də baxış keçiriblər. Şəbəkə ustası Tofiq Rəsulov jurnalistlərə bildirib ki, Mərkəzdə şəbəkə sənətinə həsr olunmuş sərgi salonu, emalatxana və təlim otaqları yaradılıb. Şəbəkə sənət növünün yaşadılması və gələcək nəsillərə ötürülməsi işinə şəkili gənclər böyük maraq göstərirlər. Tofiq usta və şagirdləri şəbəkə nümunələrinin hazırlanması prosesini əyani nümayiş etdiriblər.

Şəki Dövlət Rəsm Qalereyası ilə tanış olan jurnalistlərə məlumat verilib ki, bina tarixi-memarlıq dəyərləri qorunmaqla 2022-ci ildə Dövlət Turizm Agentliyi tərəfindən bərpa edilib. Rəsm Qalereyasının fondunda 361 ədəd eksponat var. Bu 361 eksponatdan 71 ədədi hazırda ekspozisiyada sərgilənir, 290 ədədi qalereyanın fond otağında saxlanılır. Qalereyada sərgilənən 71 eksponatdan 61 ədədi rəsm əsəri (25 qrafika, 31 rəngkarlıq, 5 dekorativ-tətbiqi sənət əsəri), 10 ədədi isə heykəldir. Qalereyada həm ölkə, həm də Şəki miqyasında məşhur Azərbaycan rəssamlarının sənət işləri sərgilənir.
Mediatur iştirakçıları “Kiş” Tarix-Memarlıq Qoruğunda, o cümlədən Qafqazın ən qədim apostol məbədi sayılan Kiş Alban məbədində də olublar. Onlara məlumat verilib ki, iki min il yaşı olan bu məbəd alban abidələri içərisində xüsusi statusa malikdir. Məbəd həm memarlıq abidəsi kimi, həm də tarixi abidə kimi dəyərlidir. Məbədin əsrlər boyu yerli sakinlər tərəfindən ziyarətgah kimi istifadə olunması onun müasir dövrədək salamat qalmasına səbəb olub. Hazırda “Kiş” Tarix-Memarlıq Qoruğunda arxeoloji, məişət etnoqrafik və heykəltəraşlıq nümunələri nümayiş etdirilir. Eksponatların bir qismi məbədin öz sahəsindən aşkar olunub, yerdə qalan hissəsi isə alban tarixini, mədəniyyətini əks etdirən və Azərbaycanın digər bölgələrindən tapılan nümunələrdir.

Şəkiyə səfər çərçivəsində jurnalistlər Kiş kəndində sahibkar Arzu Turanginin “Ruh açarı” qonaq evi , həmçinin Şəki şəhər mərkəzində sahibkar Sevinc Bayramovaya məxsus “Süsən” Kəlağayı Emalatxanası və Kəlağayı Muzeyi ilə də tanış olublar. Media mənsublarına “Süsən” brendi ilə istehsal olunan kəlağayılar, onların çeşidi, daxili və xarici bazarda tələbat, turistlərin bu məhsul növünə marağı barədə ətraflı məlumat verilib.

Yuxarı Karvansaray abidə kompleksinin ərazisində fəaliyyət göstərən restoranda isə aşpaz Aynurə İsmayılova tərəfindən mediatur iştirakçılarına Azərbaycan milli mətbəxinin, xüsusilə Şəki bölgəsinin ən məşhur və ləzzətli yeməklərindən biri sayılan Şəki pitisinin hazırlanması prosesi əyani nümayiş etdirilib.



Səfər müddətində media nümayəndələrinin maraq doğuran sualları ətraflı cavablandırılıb.





Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 Oktyabr 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri