Gənclər Şəkinin ekoloji turizm potensialı ilə bağlı maarifləndiriliblər FOTOLAR
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Pedaqoji Universitetinin Şəki filialında “Ekokamp Şəki” adlı layihə keçirilib.
Təşkilatdan verilən məlumata görə layihə 5,6,7 noyabr tarixlərində reallaşıb. Layihədə Azərbaycan Gənclər Fondunun nümayəndəsi Elmiş Həşimli, “Yaddaş” maarifçi gənclər ictimai birliyinin sədr müavini və layihə rəhbəri Murad İsayev çıxış edərək Azərbaycan Gənclər Fondunun həmçinin ictimai birliyin fəaliyyəti, layihənin məqsədi haqqında iştirakçılara məlumat veriblər.
Layihənin əsas məqsədi Şəki və regionun ekoloji turizm həmçinin kampçılıq potensialı haqqında gəncləri maarifləndirmək olub. 3 gün ərzində 60 nəfər gəncin iştirak etdiyi təlimlərə gənclərə Şəkidə ekoturizm və kampçılıq imkanları, Ekoloji kamp üçün lazım olan materiallar və onlardan istifadə, Ekoturizm və kampçılığın mental faydaları mövzularında təlimlər keçirilib. İnteraktiv formada təşkil olunan təlimlərdə iştirakçılar qruplar halında ekokampçılıq haqqında təqdimatlar hazırlayıb, tədbirin sual -cavab hissəsində isə onları maraqlandıran suallar ətrafında müzakirələr ediblər. İştirakçılara layihə çərçivəsində hazırlanmış maarifləndirici kitabçalar paylanılmışdır. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 09 Noyabr 2024 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















