Icma.az
close
up
RU
Şəkinin qocaman müəllimi Afərdə Əmrahovanın evində: ziyarət, xatirə və sevgi

Şəkinin qocaman müəllimi Afərdə Əmrahovanın evində: ziyarət, xatirə və sevgi

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəki, 21 noyabr, Rasim İslamoğlu, AZƏRTAC

Bir həftəyə yaxındır ki, Şəkidə bir ünvana gəlib-gedənlərin ardı-arası kəsilmir. Bu ünvan uzun illər məktəbdə çalışan, çoxlarına ilk müəllimlik edən Afərdə müəllimənin evidir. Ziyarətlərin səbəbi isə Şəkidə uzun müddət pedaqoji fəaliyyət göstərmiş Afərdə Əmrahovanın 100 illik yubileyinin qeyd olunmasıdır.

AZƏRTAC-ın əməkdaşı yubilyarı təbrik etmək üçün onun evində ailə üzvləri, yaxınları, şagirdləri və illər əvvəl dərs dediyi kollektivin nümayəndələri ilə görüşüb. Afərdə müəllimgilin evinə çatanda qapı yenə qonaqlı-qaralı idi. Bir qədər gözlədikdən sonra onun əlini sıxıb, bir əsrlik ömür yolunu təbrik etdik.

1925-ci ildə ziyalı ailəsində dünyaya gələn Afərdə Əmrahova səkkiz bacının biri olub və maraqlıdır ki, səkkiz bacının da hər biri müəllim işləyib. Afərdə müəllimə ömrünün 37 ilini Şəki şəhər 7 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə həsr edib. Onun həyat yoldaşı da müəllim olub, nəvələrindən biri isə hazırda bu yolu davam etdirir.

Afərdə Əmrahova söhbət zamanı bildirir ki, müharibənin başladığı gün onlar 7 nömrəli qızlar məktəbinin 10-cu sinfini bitiriblər. Bacarığı və zirəkliyi ilə seçildiyindən atasının razılığı ilə rayon partiya komitəsində katibə kimi işə başlayıb. Bir müddət sonra Şəkidə İkiillik Müəllimlər İnstitutu fəaliyyətə başlayır və Afərdə Fizika-riyaziyyat fakültəsinə qəbul olunur. İnstitutu yüksək qiymətlərlə bitirdikdən sonra bir müddət İnçə-Zunud və Zəyzid kənd məktəblərində dərs deyir. Daha sonra isə ilk təhsil aldığı məktəbə - indiki Şəki şəhər 7 nömrəli tam orta məktəbə qayıdır və əmək pensiyasına çıxana qədər burada riyaziyyat müəllimi kimi çalışır. Onun yetişdirdiyi şagirdlər bu gün ölkənin müxtəlif sahələrində çalışan onlarla mütəxəssisdir. Hələ sovet dövründən etibarən şagirdlərinin sorağı ittifaqın müxtəlif şəhərlərindən, sonralar isə xarici ölkələrdən gəlib.

Üç övlad - iki qız və bir oğul böyüdən Afərdə müəllimə onların da ali təhsilli ziyalı kimi yetişməsi üçün çalışıb. Lakin taleyin acı yazısı ilə övladlarının hər biri müxtəlif illərdə dünyasını dəyişib. “İndi uşaqlarımın qoxusunu nəvələrimdən alıram”, - deyir.

“Böyük qızım Minayə 8 nömrəli məktəbdə əvvəlcə baş müəllim, sonra direktor işləyib. Digər qızım coğrafiya müəllimi idi, heç də ondan geri qalmırdı. Oğlum isə Moskva şəhərində təhsil almışdı”, - deyə Afərdə xanım övladlarının həyatından danışır. O, nəvə və nəticələrinin də təhsilli olmasına xüsusi önəm verir.

Afərdə müəlliməni dinlədikcə maarifçiliyin onun canına, damarına hopduğunu anlayırsan. Şagirdlərinin daha bilikli olması üçün boş vaxtlarında onlara təmənnasız əlavə dərslər keçib, mövzuları izah edib. Məhz buna görədir ki, bu gün 100 yaşında insanlar onu unutmur, ətrafında olmağa can atırlar.

Qocaman pedaqoq deyir ki, hər bir evin bərəkəti nizam-intizamdan, əxlaqdan və tərbiyədən başlayır. Dərs dediyi illərdə də, bu gün ona qulaq asanlara da yaxşı ilə pisi ayırmağı tövsiyə edir: “Nə xoşuma gəlmirdisə, uşaqlara da deyirdimki, bundan uzaq olun. Pis vərdişlər cana da, mala da, dövlətə də ziyan gətirir. Həmişə yaxşı işlər görün”.

Beş nəvəsi, on nəticəsi olan Afərdə müəllimə son illərə kimi tək yaşayırmış. Lakin kürəkəni Nadir Rəsulov və nəvəsi Mahirə Rəsulova ona artıq on ildən çoxdur ki, övlad qayğısı göstərirlər.

Biz Afərdə müəllimgildə olduğumuz müddətdə 7 nömrəli məktəbin rəhbərliyi və müəllim kollektivi də onu ziyarətə gəlmişdi. Söhbətin sonuna doğru Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndələri də yubilyarı təbrik etdilər. Ailə üzvlərinin sözlərinə görə, bir həftədir ki, evləri qonaqlı-qaralıdır. Bu zaman nəvələrinin hazırladığı yubiley tortu gətirildi və ev nəvələrin-nəticələrin təbrik sədaları ilə doldu.

Biz də öz növbəmizdə 100 yaşlı yubilyarı - ustad müəllimi, ağbirçəyi təbrik edib sağollaşdıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see202

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see182

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see175

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see151

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see143

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see137

ABŞ ın Venesuelada irimiqyaslı əməliyyat keçirəcək

04 Yanvar 2026 08:59see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri