Icma.az
close
up
RU
Şəkinin zəngin biomüxtəlifliyi araşdırılıb

Şəkinin zəngin biomüxtəlifliyi araşdırılıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 2 iyul, AZƏRTAC

Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Bitki müxtəlifliyi və tətbiqi tədqiqatlar mərkəzi və Bioloji ehtiyatlar və fərdi maddələrin alınması texnologiyası laboratoriyasının əməkdaşları tərəfindən Şəki rayonunda tədqiqat işləri aparılıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqatın əsas məqsədi regionun biomüxtəlifliyinin, su ekosistemlərinin alqoflorasının öyrənilməsi, nadir və endemik bitki növlərinin monitorinqi, herbari və alqoteka fondlarının zənginləşdirilməsi, həmçinin dərman bitkilərinin fitokimyəvi xüsusiyyətlərinin araşdırılması üçün elmi materialların toplanması olub.

Tədqiqatlar Şəki rayonunun Qohmuq, Vərəzət, Orta Zəyzid, Baş Zəyzid, Köbər Zəyzid, Qırxbulaq, Baş Küncüt, İbrahimkənd, Daşagil, Kəldək, Cəfərabad və Bideyiz kəndlərini, eləcə də Kiş və Şin çaylarının hövzələrini əhatə edib. Ekspedisiya zamanı dağ, meşə və su ekosistemlərində flora müxtəlifliyi qiymətləndirilib, dərman bitkiləri, yosunlar və şibyələr üzərində monitorinqlər aparılıb. Sahə tədqiqatları zamanı bitkilərdən dərman məqsədilə istifadə olunan növlərin xammalı, toxum və meyvələri toplanaraq laborator analizlər üçün hazırlanıb.

Su ekosistemlərində aparılan alqoloji tədqiqatlar nəticəsində Kiş və Şin çaylarında fitoplankton və perifiton qruplarının üstünlük təşkil etdiyi müəyyən olunub. Müxtəlif ekoloji qruplara aid diatom və yaşıl yosun növləri qeydə alınıb, laborator analizlər üçün 15 yosun nümunəsi toplanıb. Eyni zamanda, suyun fiziki-kimyəvi göstəriciləri təhlil edilərək ekoloji vəziyyəti qiymətləndirilib.

Lixenoloji tədqiqatlar zamanı dəniz səviyyəsindən 500–1200 metr yüksəkliklərdə yerləşən meşə ekosistemlərində 55 herbari nümunəsi toplanıb. Araşdırmalar nəticəsində müxtəlif ağac növləri, torpaq və daş səthləri üzərində yayılan qazmaqvari, yarpaqvari və kolvari şibyələr qeydə alınıb, onların növ tərkibinin dəqiqləşdirilməsi istiqamətində laborator tədqiqatlara başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2026 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see235

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see226

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see223

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see219

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see213

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see208

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see206

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see203

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see202

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see198

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see196

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see193

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see193

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see193

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see192

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see192

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see190

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see189

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see186

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri