Icma.az
close
up
RU
“Seks videolarının sayı 2800 dən çoxdur”

“Seks videolarının sayı 2800 dən çoxdur”

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

MTN-in keçmiş zabiti, "Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun "Eldar Mahmudovun rəhbərlik etdiyi quldur dəstəsi təkcə sahibkarları soyub-talamayıb, eyni zamanda ölkənin tanınmış şəxsləri barədə şantaj xarakterli videomateriallar toplayıb” açıqlaması cəmiyyətdə ciddi müzakirə obyektidir. Ə.Oruclu bu videokassetlərin sayının 2800 olduğunu və sözügedən rəqəmin ona mötəbər mənbələrdən verildiyini deyib. 

"Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev "Yeni Müsavat”a müsahibəsində bu mövzu ilə bağlı geniş danışıb.

- Mehman bəy, bu məlumatın açıqlanması, gizli kasetlərin sayının 2800 olması ilə bağlı deyilənlər cəmiyyətdə niyə belə səs-küy doğurdu. Ümumiyyətlə, bu, cəmiyyəti narahat etməlidirmi? 

- Kimlər ki, o işlə məşğuldurlar, onlar narahat olsunlar. 

- Necə yəni? 

- Yəni kim ki, haqqında kompromatlar olmasından şübhələnir, onlar narahat olmalıdır. Şəxsən mənim üçün bu, olduqca adi bir informasiyadır və məni narahat etmir. Çünki hər hansı gizli, sonradan narahat olacağım işlə məşğul deyiləm. Digər tərəfdən, prinsipcə həmişə nümayiş etdiriblər ki, MTN bununla məşğuldur. Bir sıra jurnalistlərin şəxsi həyatları ilə bağlı videoların üzə çıxarılması, bunların hətta televiziyada göstərilməsi daha öncə baş verib. Əvvəl bu cür kompromatları müxalifətə qarşı yığırdılarsa, indi bir-birinə qarşı yığırlar. Bu proses əsasən 2003-2004-cü ildən başlayıb. 

- Bəs 2800 rəqəmi sizə inandırıcı gəlirmi? Mümkündür, sizcə? 

- Məncə, əllərində olan videoların sayı 2800-dən də çoxdur. Burda təkcə yüksək vəzifəli məmurlardan, fəallardan söhbət getmir ki. Adi iş adamları da hədəf ola bilər. Bu kompromatları hər bir şəxsə qarşı toplaya bilərlər. Və heç kim istəməz ki, bu, yayılsın. Pul alıb, təzyiq etmək üçün yığdıqları da çox olub. İnsanların kütləvi izlənməsi gedir. Bunun xüsusi qolları, aparatları var. Şəxsi avadanlıqlar quraşdırılıb. Çalışırlar ki, hamını nəzarət altına götürsün. Siyasi mənsubiyyətindən asılı olmayaraq bunu edirlər. 

- Necə düşünürsüz, bu informasiyanın indi üzə çıxması nədən xəbər verir? 

- Bu informasiyanın sızdırılması o deməkdir ki, Eldar Mahmudov özünü sığortalayır. Ona görə də hamı maraqlı olmamalıdır ki, bu məsələ dərinləşsin, harasa getsin. Əsas məsələ odur ki, bu, faktdır, belə videolar var. 

- Bəs üzə çıxarıla bilərmi? Yoxsa blef xarakteri daşıyır? 

- Bu, baş verməyəcək bir hadisə deyil. Əgər mövcuddursa, çıxa bilər. Baxır şəraitə. Buna nə təkan verə bilər? Yüz faiz bilirəm ki, belə videolar çəkilib. Şəxsən mənim özüm belə bir cəhdlə qarşılaşmışam. Bir dəfə bir kafedə yanıma polislər gəldilər. Dedilər ki, biz sizi tanıyırıq, gəlin dostluq edək, söhbət edək. Kafenin içindəki yeri göstərib dedilər ki, "burda kabinalarımız da var. Gəlin, istirahət edin. İçəridə duş otağı, hər cür şərait var”. Mən bilirəm ki, bunlar nədir. Əgər elə yerlər varsa, orda izləmə aparatları da quraşdırılıb. Açığı, mən bu işlərlə məşğul deyiləm, ona görə də nə gələn təkliflərə əhəmiyyət verirəm, nə də bu cür video söhbətləri yayılanda narahat oluram. 

- Hesab edək ki, bu materialları bir-bir yaymağa başladılar. Sizcə, cəmiyyətdə nə baş verə bilər?

"Şəxsən mən özüm də belə bir cəhdlə qarşılaşmışam” 

 - Əgər videosu yayılacaq şəxslər vəzifəlilərdisə, onlar istefaya gedə bilərlər. Amma bunun özü də bir qədər müəmmalıdır, qəti şəkildə demək olmur. Çünki daha öncə Samir Şərifovla bağlı informasiya getdi ki, Amerikanın agentidir. Amma nəinki vəzifəsindən çıxarıldı, heç araşdırma da aparılmadı. O, hələ də yerində oturub. Xüsusi xidmət orqanları onu niyə yoxlamadılar? Halbuki onların bu barədə məlumatı var idi. Amma nə təkzib var, nə də başqa bir şey. 

- Belə başa düşdüm ki, siz yayıla biləcək videoların hakimiyyətdəki məmurlarla bağlı olacağına daha çox ehtimal verirsiz. Hakimiyyətdaxili ziddiyyətlərin nəticəsi olaraq bu materialların yayılması daha çox mümkündür, sizcə? 

- Ümumiyyətlə, son illər ölkədə müxalifət-iqtidar problemi yoxdur. Sonuncu, daha doğrusu, 2015-ci ildəki həbsləri götürəndə aydın olur ki, daha çox iqtidar nümayəndələri, özlərinə yaxın insanlar, iş adamları hədəfdədir. Həmin vaxtdan iqtidardaxili problemlər başlanıb. MTN, Rabitə Nazirliyi, Beynəlxalq Bankda baş verənlər də sübut idi. Amma bunların davamı da ola bilər. İndi ölkədə daha çox iqtidardaxili problemlər var. Cəmiyyətlə iqtidar arasında problem özünü daha çox göstərir Varlı da, kasıb da itirib. Hamı narazıdır. İqtisadi  durum  göstərir ki, ölkədə hər şey pisliyə doğru gedir. Qarşıda nələr ola bilər? Kompromatlar ikinci dərəcəli problemdir. Əsas məsələ iqtisadi böhran və ondan çıxış yollarının tapılmasıdır. Bu isə iqtidarın problemidir. 

BAKU.WS

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://baku.ws
archiveBu xəbər 15 Aprel 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri