Icma.az
close
up
RU
Seks ayıbdır, yoxsa susmaq?

Seks ayıbdır, yoxsa susmaq?

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Klinik psixoloq, psixoterapevt, seksoloq Təhmasib Cavadzadənin SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Seks həyatını ən çox nə zədələyir?

- Seks həyatını daha çox zədələyən bizim öz düşüncələrimizdir. Bu həm də baxır həmin insanın seks və cinsi əlaqə prosesi barəsində fikirlərinin necə olmasına. İnsanın istər prosesin özündə, istərsə də prosesdən əvvəl onun cinsi əlaqə barəsində fikirləri necədir. Əgər yaxşıdırsa heç bir problem olmur, pisdirsə və bunu özündə bir utanc, ayıb kimi qəbul edirsə, təbii ki o insanın cinsi əlaqəsinə təsir edəcək.

- Bəzən bu proseslərdən kənar homoseksuallıq məsələsi də ortaya çıxır. Bunu qarışdırırlar. Ümumiyyətlə homoseksuallığı xəstəlik adlandırmaq olarmı?

- Xeyr, homoseksuallıq xəstəlik sayılmır. Biz ümumiyyətlə psixoloji problemlər içərisində xəstəlik terminindən istifadə etmirik. Hər hansı bir psixoloji pozuntuda pozuntu sözündən istifadə edirik. Məsələn, şizofreniya və depressiya xəstəliyi yoxdur. Biz onlara pozuntu deyirik. Baxmayaraq ki, psixiatriya sahəsinə daxildir, amma yenə də xəstəlik terminindən istifadə olunmur.

- Biseksual və homoseksuallığın müalicəsi varmı?

- Xeyr, yoxdur. Çünki homoseksual, biseksual və hetreseksual bu insanın cinsi orientasiyası mövzusuna aid olduğu üçün bunlar 1970-ci illərdə beynəlxalq təsnifatda xəstəlik və pozuntu adından çıxarılıb. Ondan sonra bunlar pozuntu sayılmır. Yəni bu insanın orientasiyasına aiddir.

- Bugün aktual məsələlərdən biri də transseksuallarla bağlıdır və sizin öz klinikanız da var. Müraciət edənlərin sayı həddindən artıq çoxdur. Bəs, onların arasında kişilər, yaxud qadınlar daha çoxluq təşkil edir?

- Bərabər səviyyədə müraciət edənlər olub. Amma problem buradadır ki, bir çoxları bunu açıq deyə bilmirlər, çəkinirlər və bilmirlər hara müraciət etsinlər. Bəzən müraciət etdikləri həkim onları başa düşmür və onları başqa cür müalicə etmək istəyir, çalışır onları yayındırsın ki, belə bir şey yoxdur."Bu nədir edirsən?" "Bu günahdır", "bunu eləmək olmaz", "bizə yaraşmır". Həkimdən belə açıqlamalar biraz düzgün deyil.

Mənim pasientim var idi, xanım idi, kişi cinsinə keçmək istəyirdi. Biz ona nə qədər seanslar etdik və gördüm ki, bu cins dəyişməyə hazırdır. Mən Azərbaycanda nə qədər həkimlərlə əlaqə saxladım, endekrenoloqla əlaqə saxlayırdım ki çünki orada hormonal müalicə lazım idi. Bir çoxları dedilər ki, mən heç vaxt belə bir müalicə ilə məşğul olmamışam. Bəziləri dedilər ki, "mən gərək axunddan, molladan soruşum, görüm mən bunu edə bilərəm yoxsa yox". Biraz mənə çox qəribə gəldi ki, həkim axunddan ya molladan rəy istəyir ki, "mən belə bir müalicə aparım, yoxsa yox". Ümumiyyətlə, özü də bilmirdi ki, belə bir müalicə necə olur və ya buna icazə var, yoxsa yox. Çox çətinliklə axır bir nəfəri tapdım ki, onun təcrübəsi var idi, bir neçə transseksuala hormonal müalicə aparmışdı. Çünki orada hormonal müalicə getməlidir ki,qadın bədəni kişi bədəninə çevrilsin. Orada hormonlar dəyişməlidir və axır bir nəfəri tapdım, yönləndirdim. Çünki həkimlər də bəzən bundan uzaq durmaq istəyirlər. Çünki ya çəkinirlər ya da bu sahədə işləməyiblər. Bəzi xarici ölkələrdə bu çox normaldır. Bu yaxınlarda mən bir həkimin açıqlamasına qulaq asdım. O dedi ki mən əməliyyat eləmirəm, Türkiyədə də iştirak etmişəm. Özüm heç vaxt eləmərəm. Çünki buna düzgün, yaxşı baxmıram. Amma bəzi ölkələr dünyada çox məşhurdular. Məsələn, Tayland, 2-ci yerdə İran. Bu əməliyyatlar orada çox icra olunur. Yəni orada pasientlər çoxdur, o barədə ki cinslərini dəyişirlər. 10 il bundan əvvəl İranda təhsil almışam. 10 il bundan əvvəl səhv etmirəmsə, 700 neçə nəfər cinsini dəyişmişdi.

- Bəs, bu cinsiyyət orqanının dəyişilməsi və yaxud da kişinin əks partnyora çevrilməsi nədən qaynaqlanır? Maraq nədən ibarətdir?

- Bu maraq deyil. Yəni ki mən gördüm, bir nəfər trans olur, mənə də maraqlı gəlir və mən də gedim trans olum. Belə bir şey mümkün deyil. Bu burun plastik əməliyyatı deyil, dodaq dolğusu deyil ki, rəfiqəm edib mən də gedim eləyim, ya dostum trans oldu, mən də gedim trans olum. Bu ümumiyyətlə mümkün deyil. İnsanlar bəzən başa düşmürlər və təbiidir. Çünki məlumatları yoxdur,və ya bu barədə düzgün məlumatları yoxdur.

Niyə bir insan cinsini dəyişib əks cinsə keçmək istəyir? Burada problem bu insanın bədənini qəbul etməsindədir. Bir kişi ki qadın cinsinə keçmək istəyir o uşaqlıqdan özünü qadın kimi görür, onun beyni qadın beyni kimi işləyir və o bədəninə baxanda görür ki, onun bədəni qadın bədənindən seçilir, çünki bu kişidir. Amma beyni özünü bir qız kimi görür və bu artıq həyatla mübarizəyə başlayır.

Bəzi ölkələr məsələn, Tayland kimi ölkələrdə cinslərini dəyişirlər ki, gedib pul qazansınlar. Bu o deyil. Transseksual cinsi kimlik pozuntusu əvvəl pozuntu idi, indi pozuntu kimi götütülmür. Bu o vaxt olur ki, insan cinsi ilə beyninin düz gəlməsini görür ki, düz gəlmir və orada onunla mübarizə aparmağa başlayır. Çox hallarda bu uşaqlıq dövründən başlayır. Çünki homoseksual və biseksual fərdlərdə də hetreseksuallardan fərqli olaraq daha tez başa düşürlər ki, məndə nəsə fərqli bir şey var. Hetreseksual uşaqlıqda heç bilmir hetreseksual nədir, homoseksual nədir. Ümumiyyətlə bu necə olur. Sadəcə olaraq bilir ki, mən böyüyəndə qız istəməliyəm. Çünki o anlayışı olmur. Amma hamını elə görür axı, görür hamı bir-biri ilə evlənir, toy oldu, hamısı cütdürlər.

Bəzən uşaq 8 yaşında başa düşür ki, o fərqlidir, o adları və terminləri bilmir. Amma görür ki, cəmiyyətdəkilərin çoxundan fərqlənir və bu səbəb olur ki, onun beyni bu sahədə daha çox işləsin. Transseksuallarda da həmçinin elədir. Uşaqlıqdan onu bildikləri üçün bəziləri görürsünüz ki yetkinlik yaşına çatanda artıq bütün əlindən gələni edir ki, əməliyyat edib cinsini dəyişsin.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Yanvar 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see409

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see352

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see247

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see236

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see212

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see211

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see209

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see207

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see203

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see197

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see185

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see184

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see181

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see174

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see172

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see168

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see166

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see165

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see164

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri