Icma.az
close
up
RU
Menu

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Sel gələndə birinci qarşısını kəsən bəndi yıxır Ermənistanın unutmamalı olduğu həqiqət

Sel gələndə birinci qarşısını kəsən bəndi yıxır Ermənistanın unutmamalı olduğu həqiqət

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2020-ci ildə 44 günlük Vətən müharibəsinin məntiqi nəticəsi olaraq Azərbaycan əraziləri işğaldan azad olundu. 2023-cü ildə bir günlük antiterror tədbirləri ilə ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi. Azərbaycan bundan sonra Ermənistanla münasibətlərin normallaşması istiqamətində qarşı tərəfə təkliflər paketi təqdim edib, sülh əlini uzadıb, hətta bu istiqamətdə müəyyən mənada irəliləyişlər də əldə edilib. Lakin yekun və davamlı sülh müqaviləsinin imzalanması üçün rəsmi Bakının iki əsas tələbi - Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən maddələrin çıxarılması və ATƏT-in Minsk qrupunun buraxılması yerinə yetirilməyib.

Ermənistan tərəfi, ələlxüsus baş nazir Nikol Paşinyan ölkəsinin əsas sənədində Azərbaycana qarşı ərazi iddiası olmadığını iddia edir, siyasi spekulyasiya ilə üzərinə düşən öhdəliyi yerinə yetirməkdən yayınır. Halbuki Ermənistan konstitusiyası Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad edir. Həmin bəyannamədə isə keçmiş SSRİ dövründə mövcud olan Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidinin Ermənistana birləşdirilməsi nəzərdə tutulur. Bu isə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunun əyani sübutudur.

Ermənistan rəhbərliyinin saxtakarlıq edərək boyun qaçırdığı digər məsələ Minsk qrupunun ləğvi ilə bağlıdır. Minsk qrupu 1992-ci ildə təsis olunub. 1994-cü ildə qrupun həmsədrlik institutu fəaliyyətə başlayıb. Təsisat Ermənistanla Azərbaycan arasında münaqişənin ATƏT-in prinsipləri əsasında, sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılsa da, konkret nəticə əldə edə bilmədi, vəzifəsini yerinə yetirmədi. Azərbaycan ərazi bütövlüyünü öz gücünə bərpa etdi, şəhidlərimizin qisası döyüş meydanında alındı. İndi də münaqişə bitib, Qarabağ problemi həll edilib. İşğaldan azad edilən ərazilərdə Qarabağ və Şərqi Zəngəzur olmaqla iki iqtisadi rayon yaradılıb. Belə olan halda bu yarıtmaz qurumun fəaliyyətinə nə ehtiyac var?

Bu baxımdan, Azərbaycan haqlı olaraq Minsk qrupunun fəaliyyətini artıq mənasız hesab edir, onun buraxılması üçün Ermənistanın da bu prosesdə fəallıq göstərməsini tələb edir. Çünki münaqişənin həlli üçün yaradılan qrup münaqişə bitdiyi və münaqişə tərəflərinin də təsisatdan çıxacağına görə onun fəaliyyətinə de-fakto olduğu kimi, de-yure də ehtiyac qalmayacaq.

Lakin Paşinyan administrasiyasının mövqeyi belədir ki, onlar Minsk qrupunun dərhal buraxılmasını yox, sülh sazişi imzalandıqdan sonra və ya onun paralelində belə bir addımın atılmasını istəyirlər. Deməli, Ermənistan üçün Minsk qrupu hələ də danışıqlarda vasitəçilik edən bir platformadır, İrəvan bununla da münaqişənin mənbəyini gündəlikdə saxlayır. Bu isə açıq şəkildə sülhdən boyun qaçırmaq, regional sabitlik üçün atılan addımları sabotaj etmək və prosesləri yubatmaqdan başqa bir şey deyil. Bu qeyri-konstruktiv fəaliyyət də danışıqların irəliləyişini və sülh müqaviləsi ilə yekunlaşmasını çətinləşdirir.

Xatırlatmaq yerinə düşər ki, aprelin 9-da ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda dövlət başçısı forum iştirakçılarının suallarını cavablandırarkən bu məsələyə yenidən toxunaraq Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bildirdi:

"Mən onları iki qrupa bölərdim: 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər. Onların ölümcül silahları almasının səbəbi də budur. Onlar bəzi silahları pulsuz əldə edirlər. Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir. Bu səbəbdən onlar ATƏT-in Minsk qrupunun buraxılmasına dair bizim legitim təklifimizi qəbul etmək istəmirlər. Çünki bizim hamımızın bildiyi kimi, Minsk qrupu Qarabağ münaqişəsi ilə bağlı olan məsələləri həll etmək üçün yaradılmışdı. Əgər Ermənistan hökuməti bəyan etdikləri kimi münaqişənin bitdiyini və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu hesab edirsə, Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur. De-fakto olaraq qrup fəaliyyət göstərmir, lakin rəsmi olaraq Minsk qrupunun buraxılması üçün Azərbaycanla birlikdə birgə müraciəti imzalamaqdan imtina etmək onların öz vaxtını gözləməsinə işarə edir".

Ölkə başçısı mayın 20-də Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı çərçivəsində Macarıstanda səfərdə olarkən mətbuata bəyanatında da bir daha bu məsələyə toxunaraq bildirdi ki, sülh danışıqlarının İkinci Qarabağ müharibəsindən sonra təşəbbüskarı biz olmuşuq:

"Sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib, təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib. Qaldı ki, sülh müqaviləsinin bağlanmasına, burada iki əsas şərt var. Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası var. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur".

Yəni Ermənistan sülh və sabitlik, dolayısı ilə inkişaf istəyirsə, Azərbaycanın bu istiqamətdə aydın olan mövqeyini qəbul etməlidir: Konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən maddələr çıxarılmalı, Minsk qrupu ləğv edilməlidir.

İrəvan bütün bunların əksinə, Minsk strukturunun buraxılmasını Azərbaycanın mövqeyinə zidd formada diqqətə çatdırırsa, deməli, sülh sazişinin imzalanmasının tərəfdarı da deyil və prosesi qəsdən uzadır. Lakin indi müharibə yoxdur, deməli, vasitəçiyə də ehtiyac yoxdur. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və prinsipial mövqeyi nəticəsində faktiki olaraq regionda sabitlik mühiti yaranıb, Cənubi Qafqaz dünya dövlətlərinin diqqət mərkəzinə çevrilib. Ermənistan isə bu prosesin qarşısına bənd olmaq əvəzinə, təkan versə, daha çox fayda əldə edər. Çünki sel gələndə birinci qarşısını kəsən bəndi yıxır. Ermənistanda ki bu həqiqəti yaxşı bilirlər!

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 May 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see216

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see216

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see216

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see210

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see207

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see177

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see160

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see159

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see158

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see155

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see151

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see149

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see146

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see143

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see142

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see141

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see140

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see139

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see137

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri