Sel Qax Balakən dəmir yolu infrastrukturuna ziyan vurub
Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti və çaylardan sel keçməsi səbəbindən Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib.
Metbuat.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təhlükəsizlik məqsədilə həmin sahədə qatarların hərəkəti məhdudlaşdırılıb və bu gündən etibarən 20 iyul tarixinə qədər Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarına bilet satışı müvəqqəti dayandırılıb.
"Təhlükəsizlik tədbirlərinə uyğun olaraq 8 – 20 iyul tarixlərində Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək. Balakən–Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq.
Sərnişinlərin digər stansiyalardan Qax stansiyasına və əksinə çatdırılması üçün ödənişsiz avtobuslar təyin ediləcək", - deyə məlumatda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 08 İyul 2026 22:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















