Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“Eyni tempdə davam edirik” Rui Jorje

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Səlahiyyət müddəti başa çatır: Ona yenidən etimad göstəriləcəkmi? ZAHİD ORUC DEYİR Kİ..

Səlahiyyət müddəti başa çatır: Ona yenidən etimad göstəriləcəkmi? ZAHİD ORUC DEYİR Kİ..

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Bu ayın sonu Azərbaycanın Baş Prokuroru Kamran Əliyevin səlahiyyət müddəti başa çatır.

Əgər ölkə başçısı Kamran Əliyevə yenidən etimad göstərəcəksə, Milli Məclis onu ikinci dəfə baş prokuror kimi təsdiq edəcək. 

Qeyd edək ki, Kamran Əliyevin Zakir Qaralovdan sonra bu posta təyinat alması prokurorluq orqanlarında bir sıra müsbət dəyişikliklərə səbəb olub.

Belə ki, əvvəlki illərdən fərqli olaraq, gənclərin kütləvi şəkildə prokurorluq orqanlarına qəbulu və bu prosesdə rüşvətin qadağan olunması bu qurum haqqında cəmiyyətdə müsbət fikir formalaşdırıb.

Həmçinin, ötən dövr ərzində vətəndaşıların prokurorluq orqanlarında müraciətlərinə baxılması prosesində də müsbət dinamika yaşanıb.

Hər ay vətəndaşlara birbaşa ünsiyyətdə olan Kamran Əliyev Baş Prokuror kimi bütün müraciətlərə diqqətlə yanaşır.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc da Gununsesi.info-ya müsahibəsində  deyib ki, Kamran Əliyevin Baş Prokuror kimi fəaliyyətini qiymətləndirmək üçün ilk növbədə, onun əvvəlki illərdə korrupsiyaya qarşı mübarizə sahəsində təcrübəsini, peşəkarlığını nəzərə almalıyıq:

“Cinayətkarlığa qarşı mübarizə sahəsində önəmli sahələrdən biri-dövlət büdcə vəsaitləri, o cümlədən biznes qurumları və vətəndaşlarla münasibətlərdə kütləvi qanunsuzluqlara hüquqi qiymət verilməsi, məsuliyyət tədbirlərinin həyata keçirilməsi prinsipiallıq tələb edirdi. O vaxta qədər hakimiyyəti xaricdən tənqid edənlər daha çox kiçik ranqlı məmurların cəzalandırılmasını qabardaraq, qanunsuzlqulara qarşı daha sərt tədbirlər görülməsinə çağırırdılar. Doğrudur, onların məqsədləri hüquq deyil, siyasət idi və hər birinin öz planı vardı, lakin Ali icra hakimiyyəti orqanlarından məsələn, Mədəniyyət nazirliyi, eləcə də yerli icra orqanları rəhbərləri barəsində o vaxt sərt qərarlar qəbul edərkən təqsirləndirilən şəxslərin güclü təsir imkanları, ierarxik əlaqələri və ətraflarında aparılan informasiya kampaniyasını yenmək iradə tələb edirdi.

Şübhə yoxdur ki, məhz cənab prezidentin iradəsi-qanunun aliliyinin təmin edilməsi üçün nəzarətin həyata keçirilməsi, korrupsiyaya qarşı yüksək ranqlı şəxslərin cəzalandırılmasındakı fəaliyyəti Kamran Əliyevin təyinatında önəmli rol oynamışdı.

Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi sahəsində verilən səlahiyyətlər, o cümlədən, hüquq-mühafizə orqanları arasında uğurlu əməkdaşlıq mövqeyinin qurulması da Baş Prokurorun aktivinə yazılacaq müsbət addımlardır.

Vətəndaşların tələblərinə və müraciətlərinə gəlincə, bir faktı xatırlatmaq yerinə düşər. Administrasiya qarşısına gələn şikayətçilərlə sadə, insani bir formada münasibətin göstərilməsi, yolu birlikdə, piyada qət edərək inzibati binada onlara diqqət ayrılması və qaldırılan tələblərin həlli üçün müvafiq addımların atılması ənənəvi Baş Prokuror obrazındən fərqli müsbət hadisə idi.

Kamran Əliyev Əfv Komissiyasında müzakirələr zamanı  humanist davranışlar nümayiş etdirir, müasirliyə və islahata təqdirlə yanaşır

Komitə sədrinin sözlərinə görə, Kamran Əliyev  parlamentə və millət vəkillərinin çağırışlarına açıqdır: “Kommunikasiyalı adamdır, eləcə də Əfv Komissiyasında müzakirələr zamanı  humanist davranışlar nümayiş etdirir, müasirliyə və islahata təqdirlə yanaşır.

Əlbəttə, hazırda vəətndaşlarımızın hüquq və azadlıqlarının qorunmasında müxtəlif problemlər inkaredilməzdir. Xüsusilə, Vətən müharibəsindən əvvəlki Baş prokurorluğun bir sıra yanlış  qərarları ağır miras kimi hüquq sistemimiz üzərində daşınır”.

“Prezidentimizin 2017 və 2019-cu ildəki verdiyi fərmanların icrası Azərbaycanın beynəlxalq hesabatardakı yerinə təsir edəcək mühüm islahat proqramıdır” deyən Zahid Oruc vurğulayır ki, ona görə də Baş Prokurorluğa qarşı aparılan sistemli informasiya kampaniyasının sifarişçilərini, icraçılarını və dəstək verənlərin siyasi məqsədlərini hər kəs baş düşsə də düşmən üzərində qələbənin ən yaxşı yolu Ədalətin Zəfər çalmasıdır: “Şəffaf, açıq və  qanunlara əməl edərək,  prokurorluq orqanlarında xidmət göstərmək, millətimizin hər bir nəfəri üçün şərəf işi olmalıdır.

Ulu Öndərin 90-cı illlərdə xilaskarlığı həm də qanunsuz birləşmələrin və silahlı dəstələrin hakimiyyət çevrilişi cəhdlərinə qarşı göstərdiyi qətiyyəti, o cümlədən, prokorluq orqanlarına hücumla onu linç etməyə qalxan qüvvələrin qarşısında yenilməzliyi və cəsarəti o qurumun fəaliyyətinin məhək daşıdır, pozulmaz konstitusion təməlidir.

Artıq 2020-ci ildən sonra yeni reallıq formalaşıb. Ali Baş Komandanın liderliyi ilə Vətən müharibəsində qazanılan parlaq Qələbəmiz  azad torpaqlarda dövlət strukturlarının, o cümlədən, prokuroruluq orqanlarının fəaliyyətini mümkün edib”.

Zahid Oruc, həmçinin  müstəqillik tarixmizdə ilk dəfə, torpaqlarımıza və xalqımıza qarşı təcavüzdə, onlarla cinayət əməllərində ittiham olunan şəxslər ədalət mühakiməsi qarşısına çıxarılmasını da xatırladaq deyir ki, o dövrün Baş Prokuror İsmət Qayıbovun ruhu indi sevinir ki, ərazi bütövlüyünü təmin edən bir dövlət işğalçıların əməllərinə təkcə hərbi meydanlarda deyil, həm də ədalət saraylarında qiymət verir: “Göründüyü kimi, hüquq-mühafizə orqanlarının nüfuzu dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir edir, ölkəmizin beynəlxalq mövqeyini müəyyənləşdirir.

Ona görə də ictimai rəylə işləmək, cəmiyyətimizdən gələn çağırışlara açıq olmaq, media ilə fəaliyyəti gündəliyin birinci sırasında saxlamaq müasir idarəetmənin vacib tələbidir”.

Pərviz Həşimli

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Aprel 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see335

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see316

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see312

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see293

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see289

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see286

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see278

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see269

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see261

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see253

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see243

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see238

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see231

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see227

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see217

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see214

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see213

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see211

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri