Balakişi Qasımovun səlahiyyət müddəti başa çatır
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Baş direktoru Balakişi Qasımovun səlahiyyət müddəti başa çatır.
Axar.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, yeni baş direktorun seçkisi may ayında olacaq.
Belə ki, 2018-ci ilin may ayından İTV-yə rəhbərlik edən Balakişi Qasımovun səlahiyyət müddəti də mayda başa çatacaq. B.Qasımovun vəzifədə qalıb-qalmayacağı məsələsinə yenidən baxılacaq.
İddialara görə, Balakişi Qasımov yeni vəzifə arzulayır. Bu istəyi reallaşmayacağı halda isə, Qasımov hazırkı vəzifəsinə yenidən iddialı olacaq.
Qanunvericiliyə əsasən, baş direktorun seçilməsi barədə qərarı İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası qəbul edir.
Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə görə baş direktor 4 il müddətinə seçilir və onun təkrar seçilmək hüququ mövcuddur. Onu da bildirək ki, Balakişi Qasımov 2022-ci il mayın 24-də ikinci müddətə İTV-nin baş direktoru seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 10 Aprel 2026 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















