Icma.az
close
up
RU
Selcanın məmləkəti, dövləti Əvəz Zeynallının müalicəsini öz üzərinə götürməlidir ŞƏHRİYAR MƏCİDZADƏN TƏSİRİLİ ÇAĞIRIŞ

Selcanın məmləkəti, dövləti Əvəz Zeynallının müalicəsini öz üzərinə götürməlidir ŞƏHRİYAR MƏCİDZADƏN TƏSİRİLİ ÇAĞIRIŞ

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gözümün qabağına bir milyon dollara ayı əti yeyənlərin xəbərləri gəlir.
Bir avtomobildən eyni rəngdə üçünü alanlar və bir il sonra dəyişənlər, Avropanın fərqli şəhərlərində biznesləri, milyardları olanlar, hava limanlarında 70 kq qızılla yaxalanan diplomatlar, özünə Roma imperatorları kimi mərasim hazırladanlar, avtomobili yan küçələrə keçəndə həmin küçənin işıqlarını söndürtdürən icra başçıları gəlir.
Onlar bizim ölkəmizin rəsmi şəxsləri, məmurlarıdır.
Elələri var ki, baronlar kimi villasının qarşısına inisialını yazdırıb. Bu mənim bildiklərimdən bəziləridir. Əminəm ki, siz bundan daha çoxunu bilirsiniz. Ölkəmizin zəngin olduğunu, dövlətimizin güclü olduğunu da bilirsiniz.
Zəngin olduğu onsuz “xidmətçi”lərinin həyatından məlumdur. Hamımız görürük. Bu adamlar xalqa xidmət etmək yerinə imtiyazlarla yaşayırlar. Olsun. Bəs bu qədər zəngin, güclü dövlətin bir Əvəz Zeynallını sağaltmağa imkanı olduğunu görmək bizi sevindirməzmi? Əzilən insanların haqqını qoruyan, sözü, səsi olan Əvəz Zeynallını öz övladlarına sağ salamat qaytarmaq hamımızda sevinc duyğusu yaratmazmı?
Haqqında “Youtube”da yayımlanan bir videoya görə zəng edib bir baş redaktordan o “yotovun” nömrəsini ver özüm danışacağam” deyən məmurların xoşbəxt, firavan, rifah içində yaşadığı bir məmləkətdə Azərbaycanın ən işıqlı beyinlərindən biri Əvəz Zeynallının da yaşaması haqq deyilmi?
Ankarada hüquq fakültəsini bitirən, Suleyman Dəmirəl başda olmaqla dövrün ən samballı siyasətçilərindən müsahibə almağı bacaran, təsis etdiyi jurnalın adı belə “Böyük gələcək” olan Əvəz Zeynallının bu illərdə həyatda qalması lazım deyilmi?
Azərbaycan mətbuatının ən məşhur simalarından birini, Azərbaycanın ərazi bütövlüyü naminə dayanmadan yazan, çıxış etdiyi hər kürsüdə bunları dilə gətirən Əvəz Zeynallının ərazi bütövlüyü bərpa olunmuş ölkədə diri ikən dəfn etmək olmaz.
Ənvər Börüsoyu məhz belə itirdik! Səssizcə, imkansızlığa, yoxsulluğa tərk edildi. Sevdiyi və bayrağını uca tutduğu məmləkətdə bayraqsız dəfn edildi. Halbuki bu məmləkət, gənclərimiz ondan nələr öyrənə bilərdi…
Əvəzin bu məmləkətə, bu xalqa verəcəyi çox şey var. O ölsə, böyük ideyalarla dolu böyük gələcək də öləcək.
Əvəz Zeynallı Ənvər Börüsoyun əziyyət çəkdiyi xəstəliklə döyüşür. Sosial şəbəkərlərdə ianələr toplanır, özü isə 40 dərəcədə istidə yarımcan halı ilə Elmlər Akademiyasının qarşısında yazdığı kitabı satır ki, həyatda qala bilsin. Bilirsiniz kitabın adı nədir? “Selcanın məmləkəti”. Selcan onun qızıdır. 10 yaşında dəmir barmaqlıqlar arasından atasının boynunu qucaqlayan Selcan! Selcanın məmləkəti, Selcanın dövləti Əvəz Zeynallının müalicəsini öz üzərinə götürməli və Əvəz Zeynallını tam sağaldıb ailəsinə, Azərbaycan xalqına qaytarmalıdır. Qüdrətli dövlət humanist, vətəndaşlarının qayğısına qalan dövlətdir.
Əvəz Zeynallını sevən kimi sevməyənlər də var. Olacaq. Onun hər dediyi doğru, fikirləri doqma deyil. Heç kim bunu demir. Amma səhvi ilə düzü ilə, doğrusu ilə yalnışı ilə söz azadlığını qalaya çevirmiş bir adamı tək qoymaq olmaz.
Evez, Türkiyəyə getmədən əvvəl sənlə şəkil çəkdirmişdim ki, paylaşıb yazı yazam. Yaza bilmirdim! Axı nə yazmaq olardı? Div kimi gördüyüm adamın yarımcan olduğunu yazmaq asan deyildi! Axı sən bilirsən ki, mənim atam da həbsxanadan məhz sənin çəkində çıxmışdı.
İşıqlı beyinləri, böyük ürəyə sahib cəsur, fədakar adamları itirmək heç bir məmləkətə xeyir gətirməz.
Azərbaycan dövləti, ictimaiyyəti, hamımız Əvəz Zeynallını xilas etmək üçün çalışaq! Bütün dostlarıma müraciət edirəm. Əvəz Zeynallının sağalması, həyatda qalması üçün pul lazımdır. Onun hesabı budur: 4169 7388 1844 0400 (Kapital bank)

Şəhriyar Məcidzadə

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 İyul 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri