Selena Qomesin toyunun yeri və tarixi açıqlandı
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Müğənni Selena Qomes və musiqi prodüseri Benni Blanko Montesitoda toy mərasimi planlaşdırırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb.
Jurnalistlərin yazdığına görə, Selena Qomes və Benni Blanko sentyabrın sonunda ailə quracaqlar. Cütlük Cənubi Kaliforniyanın məşhur və bahalı məkanları – "Rosewood Miramar Beach" çimərliyi və "San Ysidro" rançosundan imtina edib. Onlar əlavə təhlükəsizliyi təmin etmək üçün Montesitoda şəxsi malikanə icarəyə götürüblər.
Məlumata görə, tədbirin dəqiq ünvanı gizli saxlanılır və hətta qonaqlara da hələ açıqlanmayıb.
Avqustda paparassilər Selena Qomesin Meksikanın Kabo-San-Lukas şəhərində keçirilən xına gecəsini qeydə almışdılar. Müğənni yaxın dostlarının əhatəsində yaxtada istirahət edirdi. Onların arasında Eşli Kuk, Rakel Stivens, Kortni Lopes və Qomesin kuzini Prissilla Mari də var idi. Pop ulduz qara rəngli qapalı çimərlik geyimində, saçlarını quyruq formasında yığmış və makiyajdan imtina etmişdi. "Daily Mail" oxucuları isə onun görünüşünü tənqid etmişdi.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 07 Sentyabr 2025 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















