Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb.
Lent.az xəbər verir ki, məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib.
İfaçı bu zərərli vərdişdən birdəfəlik xilas ola biləcəyinə ümid etdiyini bildirib. O, əvvəllər bu vasitədən tez-tez istifadə etdiyinə görə asılılıqdan qurtulmağın çətin olduğunu vurğulayıb.
"Sadəcə onu bildirmək istəyirəm ki, siqaret çəkirsinizsə və ya hətta veypi bircə dəfə sınamısınızsa, buna dəyməz. Bu, çox axmaqlıqdır. Mənim səsim dəyişib. Əgər kimsə mənim səsimi dinləməyi sevmirsə, bunu normal qəbul edirəm, heç bir etirazım yoxdur. Sadəcə qulaq asmayın", - deyə sənətçi qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 20 Oktyabr 2026 03:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















