Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Səlim Babullaoğlunun Rusiyanın yazıçılar birliklərinə müraciəti

Səlim Babullaoğlunun Rusiyanın yazıçılar birliklərinə müraciəti

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu Rusiya və bir sıra muxtar respublikaların yazıçılar birliklərinin sədrlərinə məktubla müraciət edib.


Kulis.az xəbər verir ki, məktub Rusiyanın Yazıçılar və Nəşriyyatçılar İttifaqları Assosiasiyasının sədri, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Sergey Şarqunova, Tatarıstanın Xalq Şairi, Tatarıstan Yazıçılar Birliyinin sədri Rkail Zaydullaya,"OGI" nəşriyyatının baş redaktoru Maksim Amelinə,"Literaturnaya qazeta" qəzetinin baş redaktoru Mixail Zamşevə, Moskva Yazıçılar Cəmiyyətləri Birliyinin sədri Yuri Viktoroviç Konplyannikova, Başqırdıstan Yazıçılar Birliyinin sədri Ayqiz Baymuxametova ünvanlanıb.

Məktubda deyilir:

“Hörmətli həmkarlar!

Dünən Yekaterinburq şəhərində Rusiya hüquq mühafizə orqanları ( bəzi mənbələrin yazdığına görə SOBR, FSB, OMON, polis) tərəfindən əməliyyat, əslində basqın həyata keçirilmiş, nəticədə 50-ə yaxın azərbaycanlı həbs olunmuşdur. Rəsmi və qeyri-rəsmi mənbələrin yazdığı məlumatlara görə, guya bu əməliyyat 20-25 il əvvəl bir azərbaycanlının qətl hadisəsi ilə bağlı imiş.
Məsələ budur ki, basqın daha çox Səfərovlar ailəsinin üzvlərinin evlərinə edilmiş, həbs olunub götürələnlərin arasından Səfərov Ziyəddin və Səfərov Hüseyn sonradan qətl edilmiş, Səfərov Bakir və bir neçə adam ağır bədən xəsarəti almışlar. Bəzilərinin vəziyyəti ağırdır.
Hal-hazırda Səfərovlar ailəsinin qətl edilmiş üzvlərinin nəşi ailə üzvlərinə verilmir, ağır bədən xəsarəti almış və təcrid olunmuş digər insanlarla (Səfərov Bakir, Səfərov Ayaz, Səfərov Akif, Səfərov Məzahir, Səfərov Kamal, Səfərov Məhəmməd və başqaları) ailə üzvlərinin və vəkillərin görüşünə, əlaqəsinə isə şərait yaradılmır, səhhətləri barədə ətraflı məlumat yoxdur.
Müraciət etməklə sizlərin diqqətini bir məsələyə çəkmək istəyirəm.

İstəyirəm biləsiniz ki, mən Səfərovlar ailəsinin bir çox üzvlərini tanıyıram. Qətlə yetirilmiş Hüseyin və Ziyəddinin qardaşı - Seyfəddin Hüseyinli (Səfərovla) ilə 20 ildən artıqdır ki, çiyin-çiyinə işləyirəm. Seyfəddin Hüseyinli tanınmış ədəbiyyatşünas, tərcüməçi, jurnalist, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, Azərbaycanda ən populyar və gündəlik nəşrin- “525-ci qəzet”in baş redaktor müavinidir, həm də rus nəsrinin tərcüməçisidir. Seyfəddinin qardaşı qətl edilən Ziyəddin Səfərovu tanıyırdım, inanclı və çox ədəbli insandı, onun hər hansı cinayətdə iştirakını ehtimal etmək belə absurddur.
Hətta ehtimal olunsa belə ki, bu əməliyyat və basqın nə vaxtsa öldürülmüş 1 nəfər azərbaycanlıya (!) görədir, bu qədər adamın basqın və xüsusi əməliyyatla həbs olunması, iki nəfərin böyük ehtimala görə amansızlıqla öldürülməsi, digərlərinin ağır bədən xəsarətləri alması məntiqsiz, hüquqi baxımdan əsassız görünür. Başqa tərəfdən, 25 il əvvəlki qətldə iştirakı ehtimal olunan konkret şəxsi müvafiq hüquqi prosedurları nəzərə alaraq həbs etmək, istintaqa cəlb etməyin yolu basqındımı?
Bu gün Rusiya hüquq mühafizə orqanlarının iştirakı ilə bir Azərbaycan ailəsində ağır faciə yaşanır. Əminəm ki, bu məsələ yalnız köhnə bir cinayətə görə deyil. Görünən budur ki, bu bizim artıq dəfələrlə şahidi olduğumuz kimi Rusiyada Azərbaycanlılara təzyiqin növbəti qanlı təzahürü, milli münaqişədir. Özü də belə hallarda o Azərbaycanlıların Rusiya vətəndaşı olub-olmaması nəzərə alınmır, eynən haqqında danışdığım faciədə olduğu kimi. Əlbəttə, istisna deyil ki, bu prosesdə kimlərinsə biznes maraqları, kimlərinsə milli-etnik qəzəbi əhəmiyyətli rol oynayıb.
Hadisələri tələsdirməyin tərəfdarı deyiləm, bilirəm ki, bunu bəzən istintaqa təzyiq və müdaxilə kimi yoza bilərlər; hərçənd istintaqdan obyektiv qərar da gözləyəcək qədər də sadəlöhv deyiləm.

Sizə müraciət etməyimin səbəbi aşağıdakılardır:
- Azərbaycan və İslam adətlərinə görə vəfat etmiş insanları tez dəfn etmək lazımdır. Dünyasını dəyişmiş Səfərov Ziyəddin və Səfərov Hüseynin nəşrinin verilməsinə kömək edin (onlarla bağlı vəfatlarından sonra tibbi-ekspertiza prosedurları üçün - əgər bu RF hüquq mühafizə orqanlarına lazımdırsa, 2-3 saat bəs etməlidir); əks-təqdirdə, yəni nəşin vaxtında verilməməsi hüquq-mühafizə orqanları tərəfindən törədilmiş amansızlıq və zorakılıq ehtimalını artırmış, təsdiqləmiş olacaq;

- Ağır halda olan Səfərov Bakirin və saxlanılan digər şəxslərin (Səfərov Ayaz Möhbalı oğlu, Səfərov Akif Möhbalı oğlu, Səfərov Məzahir Möhbalı oğlu, Səfərov Kamal Qədiməli oğlu, Səfərov Məhəmməd Məzahir oğlu) vəziyyəti və səhhəti ilə bağlı əsaslı açıqlama yayılmasına, onların ailə üzvləri ilə görüşünə, evə buraxılmasına kömək edin;

- Səfərovlar ailəsinin digər üzvlərinin təhlükəsizliyi üçün yetərli işlərin görülməsinə köməklik göstərin.

Sizin hər biriniz Rusiya Federasiyasının tanınmış, nüfuzlu ədəbiyyatçıları, ictimai xadimlər, ədəbiyyat və mədəniyyəti təmsil edən görkəmli şəxslərsiniz.
Bir Azərbaycan ailəsinin və soyağacının faciəsinin dərinləşməməsi üçün imkanlarınızı, şəxsi nüfuzunu əsirgəməməyinizi xahiş edirəm”.

Xarici filmlərin istehsalı ilə bağlı görüş keçirildi Tolstoyun bu əsəri hərraca çıxarıldı İranın taleyi Təbrizdə həll olunacaq! - Həmid Herisçi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://kulis.az
archiveBu xəbər 28 İyun 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see258

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see242

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see212

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see210

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see196

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see192

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see191

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see173

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see167

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see163

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see161

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see159

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see155

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see149

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see148

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

25 Dekabr 2025 06:13see138

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri