Icma.az
close
up
RU
Yazın ki, o çox xoşbəxtdir: çünki... Səlim Babullaoğlunun şeiri

Yazın ki, o çox xoşbəxtdir: çünki... Səlim Babullaoğlunun şeiri

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün tanınmış şair Səlim Babullaoğlunun doğum günüdür.

Kulis.az müəllifi təbrik edir və onun "Şərq” qəzetinin qış sorğusuna cavab" şeirini təqdim edir.


“İlk hərfi itmiş cümlə” kitabından

“Baku Cinema Breeze”in 2025-ci buraxılışı keçiriləcək Lazımsızlar - Xanım Əliyevanın hekayəsi Cəbhədən ədəbiyyata... - Hüseyn Abbaszadə haqqında məşhur rus yazıçı nə demişdi?

Fərid Hüseynə

Yaxşıyam, siz də yaxşı olun.
Baxmağı məşğulluq saymasaq, boşam.
Lap dəqiq desəm, pəncərədən küçəyə baxıram.
Göy üzü bir az aşağı düşüb sanki, qışda belə olur.
Külək yəqin min il əvvəlki səsiylə oxuyur.
Ay da kim bilir neçənci dəfə
buludda gizlənəcək bir azdan, az qalıb.
Yəni, bizə elə gələcək.

Soyuqdur, doğrudur, amma dekabrda
tərsi daha pis olardı düşünürəm.

Əlbəttə, sizi anlayıram,
bir dəfə də danışmışdıq bu haqda , xatırlayıram.
Bilirəm ki, “uşaqlığınız yadınızdadır?” deyə sual edəndə
yaşadıqlarımı, o vaxtkı hansısa dəqiq,
bəlli səhnələri nəzərdə tutursuz.
Amma bilmənizi istərdim: uşaqlıq ömrümüzün,
bədənimizin balaca müqəvvası deyil ki, salıb itirək onu;
məncə, uşaqlıq yadımızda yox, yanımızda, içimizdədir.
Və nəzərə alsaq, günahlar
adamı vaxt ötdükcə kiçildir ki, böyütmür,
onda uşaqlığımız, əminəm, bizdən daha çox diridir.
Odur ki, bizim bu dünyada
ölülərin dirilər haqqında danışmağı çətin olardı,
belə düşünürəm.

Yox, bu ironiya deyil.
Özünəironiya da deyil.
Hərçənd, ikinci bəlli həddə məqbuldu:
biz necəsə qəhrəmanlıq etməliyik, ya yox?
Və mən bütün bunlardan sonra “Əlifba” kitabına əl basıb
sözlərin həmişəki qədər maraqlı olduğunu,
bizim isə onları yenə də düzgün istifadə etmədiyimizi
bir daha təsdiqləyirəm.

Deyirsiz şairlik edirəm?! Razıyam !
Məgər siz başqa birisinə zəng etmişdiz?
Mürəkkəblik məsələsiylə isə qətiyyən razı deyiləm.
Bilməlisiz və bəlkə də bilirsiz ki, hər mürəkkəb cümlənin arxasında
uşaqlığın, saflığın ağzıyanmışılığı durur, gizlənir .
Mən axı bu iztirablı dünyanı, mənim onu dəyişmək cəhdimi,
onun isə məni nə cürə dəyişdiyini
sadə kəlmələrlə necə anladım; yalanmı danışım?!

Yalnız uşaqların hər şeyi eyni bir sözlə,
hətta qığılıtıyla çağırmaq, adlandırmaq ixtiyarı var.

Bilirsiz içimizdəki o quzunu
içimizdəki bu qurd üçün bəslədiyimizi biləndə gec olur.
Dilimiz topuq vurur, sözlər qarışır, ağırlaşır.
Siz heç suyun qumla necə qarışdığını görmüsüz küləkdə,
eynən o cürə.

Onda səhər idi, sübh tezdən.
Günəş yenicə doğmağa başlamışdı.
Atam dostları ilə dənizə gəlmişdilər,
Sarıqaya səmtinə, mərc qoşmuşdular.
Qardaşımı və məni də götürmüşdülər özləri ilə.
Dayım, qonşu Mayıl əmi, bibioğlu Akif və atam.
Dalğalar üç adam boyu idi,
alatoranda daha vahiməli görünürdülər.
Qardaşımla məni çör-çöp kimi o yan-bu yana atırdılar.
Birdən su kürəyimdən basdı və
sanki kimsə məni ayağımdan tutub aşağı çəkdi.
Gözlərimi bağlamamışdım: su və qumun bu qədər iç-içə olduğunu
mən bir də heç vaxt belə görmədim.
Nənənmin şirinçay stəkanını necə qarışdırdığı yadıma düşmüşdü-
hər səhər bir gözümü yumaraq
yaxından baxardım stəkana, diqqətlə.
Düzü qorxmamışdum, yəni buna vaxtım çatmamışdı -
indi belə düşünürəm,
bir xeyli qumlu-yosunlu su udmuşdum amma.
Atamın dəmir əli qarnımın altına keçdi
və məni sahilə çıxardı.
Soyuqdan tir-tir əsir,
gah gözlərimi qıyıb dənizə möhürünü basmaqla
azman dalğaları sahilə buraxan günəşə tamaşa edir,
gah dünyanın ən güclü adamı bildiyim atamın
sahildən xeyli uzaqdakı qaraltısına minnətdarlıq
və qibtə hissi ilə baxırdım;
sonra da özümdən bir yaş böyük olan qardaşıma zillənib,
soyuqdan dilim dolaşa-dolaşa,
həyəcanla suyun altında gördüklərimi
danışmağa çalışırdım;
mən onda “burulğan” və “qasırğa” sözlərini bilmirdim.

O axşamı xəstələndim.
Hərarətim qalxdı.
Anamın nəvazişlərini xatırlayıram.
Tərdən islanmış köynəyimi çıxarmasını,
gözlərimi açanda başım üstdə günəş tək doğan təbəssümünü,
ovucunun isitisini.
Bir də tünd sirkə iyini.
Hərarət düşəndən sonra yüngüllük gəlir.
O yüngüllük üçün çox darıxmışam.

Görürsüz, nə qədər şey danışdım.
Amma eyni zamanda yaxşı anlayıram ki,
bu danışdıqlarım o deyil.
Mən nəyisə deyə bilmədim, nəyisə başqa cür dedim.
Görünür, hardasa külək yatmalı, qum suyun dibinə çökməli,
hər şey necəsə aydınlanmalıdır.

Əlbəttə, istəsəz yaza bilərsiz ki, o xatırlaya bilmədi.
Yəni danışdıqlarımdan bu qənaətə də gəlmək olarsa,
etiraz etmirəm.

Səhnələr və yaşantılarla məsələ qəlizdir,
bir tərəfdən onlar xatırlanınca,
yəni biz buna cəhd etdiksə,
heç də həmişə doğru-dürüst görünmürlər.
Çox vaxt isə heç görünmürlər,
bizim saxtakar redaktəmizdən qorxur,
yuvası ağzında tülkü görən hürkmüş ərəbdovşanı kimi
dalın-dalın gedir,
yaddaşın sirli dəhlizlərində yox olurlar.
Əlbəttə mən nələrisə xatırlayıram.
Amma istəyirəm biləsiz, digər tərəfdən uşaqlığın səhnələri
həm də ona görə çətinliklə faş edir ki özünü,
onlar bizim mövcudluğumuzun ən qiymətli hissəsidir,
onları verəndən sonra nə qalacaq?!
Onlar bizi sanki qoruyurlar.

Bəli, anlayıram, siz nə yazacağınızı düşünürsüz.
Doğrusu sizə necə kömək edəcəyimi bilmrəm...
Yazın ki, o belə dedi:
“Sanki axşamüstüdür və mən də buğ tutmuş şüşə arxasından
hansısa lal görüntülərə baxıram; arada səssiz ildırımlar çaxır,
nələrisə, kimlərisə ani olaraq aydınladır;
bəzən heç nə sezmirsən, qaraltılar da itir;
yalnız qırıq-qırıq səslər, eşidirsən –
gülüş, bir amiranə söz, tappıltı , əks–səda, ağlaşma, hıçqırıq...”

Yazın ki, onun çox xoşbəxt uşaqlığı olub.
Eşidirsiz məni, elə yox, belə yazın.
Yazın ki, o çox xoşbəxtdir: çünki uşaq olub.

9-11 dekabr, 2019-cu il

“Baku Cinema Breeze”in 2025-ci buraxılışı keçiriləcək Lazımsızlar - Xanım Əliyevanın hekayəsi Cəbhədən ədəbiyyata... - Hüseyn Abbaszadə haqqında məşhur rus yazıçı nə demişdi?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://kulis.az
archiveBu xəbər 10 Dekabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri