Icma.az
close
up
RU
Səlim Müslümovla bağlı yeni xəbər O, müəllim deyilmiş EKSKLÜZİV

Səlim Müslümovla bağlı yeni xəbər O, müəllim deyilmiş EKSKLÜZİV

Icma.az, Modern.az saytına istinadən bildirir.

Bir neçə gün öncə bəzi media orqanları keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Milli Aviasiya Akademiyasında iqtisadiyyat müəllimi kimi fəaliyyətə başladığı barədə məlumat yayıb.
Modern.az saytı Səlim Müslümovla bağlı xəbərin sosial şəbəkələrdə və ictimiayyət arasında geniş müzakirələrə səbəb olduğunu nəzərə alaraq dəqiqləşdirmə aparıb. Məlum olub ki, keçmiş nazir əslində sadəcə müəllim işləmir.
Milli Aviasiya Akademiyasından əldə etdiyimiz məlumata görə, Səlim Müslümov hazırda İqtisadiyyat kafedrasının müdiri vəzifəsində çalışır. O, iqtisad elmləri doktoru, professordur.
Bununla yanaşı, Səlim müəllimin başqa bir vəzifəsi də varmış. Belə ki, o, “Audit” Elmi-praktik jurnalında Redaksiya Heyətinin də üzvüdür. Bu jurnalda da Səlim Müslümov Milli Aviasiya Akademiyasının İqtisadiyyat kafedrasının müdiri kimi təqdim olunub.
Xatırladaq ki, Səlim Müslümov 1995-ci ildən müxtəlif yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında  Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib.
Keçmiş nazir 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. S. Müslümov iş üzrə dövlətə dəymiş 27 milyon manat ziyanın 20 milyonluq hissəsini ödəyib.
2024-cü ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsində S.Müslümova hökm oxunub. Hökmə əsasən S.Müslümov ittiham edildiyi maddələrlə təqsirli bilinib. Məhkəmə ona 11 il azadlıqdan məhrumetmə cəzası təyin edib. 

Lakin məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək bu cəzanı 5 il sınaq müddəti təyin edilməklə şərti cəza ilə əvəzləyib (yəni o, birbaşa həbsxanaya göndərilməyib) .
Məhkəmənin şərti cəza qərarı verməsinə əsas səbəb kimi onun istintaq dövründə dövlətə dəymiş ziyanın böyük hissəsini ödəməsi və səhhətində yaranan ciddi problemlər əsas gətirilib
Sabiq nazirin cinayət yolu ilə əldə etdiyi iddia olunan və üzərinə həbs qoyulmuş 8 milyon manat dəyərindəki daşınmaz əmlakları (Bakı şəhərindəki müvafiq mənzillər, fərdi evlər, qeyri-yaşayış sahələri və torpaq sahələri) dövlət nəfinə müsadirə olunub.
A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Oktyabr 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri