Icma.az
close
up
RU
168 yaşında vəfat etdiyi ideyilən Şirəli Müslümovla bağlı yeni iddialar

168 yaşında vəfat etdiyi ideyilən Şirəli Müslümovla bağlı yeni iddialar

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sovet dövründə Şirəli Müslümovun adı bütün ittifaq ərazisində məşhurlaşmışdı. SSRİ-də iddia olunurdu ki, Lerik sakini 1973-cü ildə vəfat edəndə 168 yaşı varmış. Hətta indi də “Wikipedia”da lerikli uzunömürlü haqqında məlumat tapmaq mümkündür. Burada Şirəli Müslümovun 1805-ci il martın 26-da Lerikin Barzavu kəndində doğulduğu yazılıb. Onun 23 övladının dünyaya gəlməsi, 136 yaşında qızının anadan olması qeyd edilib.

Bizimyol.info xəbər verir ki, mütəxəssilər Şirəli Müslümovun belə uzun yaşaması iddiasını ciddi qəbul etmir. Onların fikrincə, Lerik sakini SSRİ-nin firavan həyat nümunəsi göstərmək siyasətinin qurbanı olub. “Wikipedia”da yazıalnlara inansaq, fransız tarixçi və sosioloq Moşep Ud Tovem azərbaycanlı uzunömürlü barədə araşdırma aparıb, onun uzağı 100 ilə yaxın ömür sürdüyünü bildirib.

Lənkəranda yaşayan tarixçi-şəcərəşünas Rəzzaq Xansuvarov iddia edir ki, Şirəli Müslümov heç 90 il yaşamayıb.

O, Lənkəran qəzasının kameral təsvirinə istinad edir. Söhbət Azərbaycanın ayrı-ayrı yerlərində yaşamış insanların siyahıya alınmasından gedir. 1828-ci ildən sonra Çar Rusiyasında müxtəlif ərazilərdəki sakinlər barədə məlumat toplusu yaradılıb. Rəzzaq Xansuvarov Şirəli Müslümov haqda informasiya üçün həmin kameral təsvirlərə diqqətlə nəzər yetirib.

Tarixçi-şəcərüşünasın sözlərinə görə, 1849-cu, 1863-cı, 1873-cü, 1886-cı illərdə tərtib olunmuş siyahılarda lerikli uzunömürlünün adı yoxdur. Burada Şirəli kişinin atası Məşədi Fərzəlinin adına rast gəlmək mümkündür. Buradan məlum olur ki, Şirəli Müslümovun atası 1843-cü ildə Barzavu kəndində doğulub. Bu halda gülməli vəziyyət yaranır. Belə çıxır ki, Şirəli kişi atasından daha əvvəl doğulubmuş?

Rəzzaq Xansovarov bildirir ki, siyahıda Şirəli Müslümovun böyük qardaşları Ağahüseynin, Şahhüseynin adlarını tapmaq olur. Amma 1886-cı ilə qədər Fərzəli kişinin uzunömürlü kimi tanınan oğlu dünyaya gəlməyib. Yəni Şirəli Müslümov ən yaxşı halda 1887-ci ildə doğula bilərdi. Bu halda isə onun 86 yaşında vəfat etdiyi həqiqəti üzə çıxır.

İş orasındadır ki, Azərbaycanda insanlar hələ də Şirəli Müslümovun adının “Ginnesin rekordlar kitabı”nda yer aldığını düşünür. Halbuki məhz 1973-cü ildə kitab redaksiyası azərbaycanlı uzunömürlünün 168 yaşında olması ilə bağlı ortaya konkret sənədlər qoyulmadığını, iddianın xeyli şübhəli göründüyünü, müraciətçinin 90 ilə qədər ömür sürməsi ehtimalı yarandığını bildirmişdi. Tibb özü də hər hansı kişinin 136 yaşında ata olmaq imkanını qəbul etmir.

Rəzzaq Xansuvarov digər uzunömürlü, 152 il yaşadığı iddia olunan Mahmud Eyvazovun da məsələsinə aydınlıq gətirib. 1863-cı ilin kameral təsvirində onun 1860-cı ildə doğulduğu yazılıb. Belə çıxır ki, Mahmud Eyvazovun 1950-ci ildə vəfat edəndə 152 yox, 90 yaşı olubmuş.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Yanvar 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri