Selin vurduğu zərər nə vaxt qarşılanır?
Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son günlərdə sel suları rayonlarda bir çox evə ciddi zərər vurub. Təəssüf ki, bəzi ev sahiblərinin nə icbari, nə də könüllü sığortası yoxdur. Bəs bu zaman həmin evlərə dəyən ziyan kim tərəfindən qarşılanır?
Sığorta üzrə ekspert Emil Ağabağırov Metbuata.az-a açıqlamasında bildirib ki, sel suları ilə bağlı müxtəlif sığorta məhsulları mövcuddur:
“Evlərlə bağlı ilk növbədə onların icbari və ya könüllü sığortasının olub-olmaması yoxlanılır. Əgər hər ikisi varsa, bu təbii fəlakətlər təminata daxil olur. Amma sığortaların heç biri yoxdursa, o zaman təəssüf ki, sığorta şirkətləri hər hansı bir kompensasiya ödəmirlər. Çünki 2011-ci ildən artıq daşınmaz əmlak (mənzillər, fərdi yaşayış evləri, bağ evləri və s.) icbari sığortaya cəlb edilib və tikilinin müvafiq sənədləri olduqda öhdəlik yerinə yetirilmiş sayılır. Bu şərt ödənilmədikdə isə sığorta şirkətləri hər hansı bir kompensasiya ödənişi etmir”.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 28 Aprel 2025 22:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















