Icma.az
close
up
RU
SELİN VƏ BABA

SELİN VƏ BABA

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

(Selinlə babanın təbiət haqqında söhbətlərindən)

Selincan, biz səninlə düyamızdakı canlılar və onların təbiətdə əhəmiyyəti barədə söhbət etmişdik. Əlavə olaraq deyim ki, böyük və ya kiçikliyindən asılı olmayaraq, təbiətdə onların hər birinin öz yeri, öz payı var. Bunu hamı bilməli və onlara hörmətlə yanaşmalıdır, — dedi baba. — İndi sənə bu yaxınlarda eşitdiyim iki maraqlı  hekayəni danışacağam. Görəcəksən ki, baharda təzəcə açılmış sarı bir çiçəklə balaca bal arısı necə dost olub və bu dostluqdan hər ikisi necə faydalanıblar. İkinci  hekayə isə payız vaxtı Zaqatala meşəsində nəhəng palıd ağacında tək, tənha qalmış balaca palıd yarpağının-Yarpaqcığazın macərası haqqındadır.

ÇİÇƏYİN ARI İLƏ DOSTLUĞU

Günəşli bir yaz səhəri idi. Meşənin kənarında balaca, sarı rəngli bir çiçək açıldı. O, ətrafa baxıb sevincək dedi:

— Salam! Mən bu gün ilk dəfə dünyaya göz açdım. Görəsən, kiminləsə dost ola bilərəmmi?
Hər tərəf sakit idi. Uzaqda quşlar cikkildəşir, yüngül meh yarpaqları tərpədirdi. Cavab gəlmədiyi üçün çiçək bir az darıxdı.
Elə bu vaxt vızıltı eşidildi.  Balaca bir arı çiçəyin yanına qondu.
— Salam, gözəl çiçək! Mən bal arısıyam. Sənin ətrini uzaqdan hiss edib uçub gəldim, — dedi.
Çiçək utancaq şəkildə gülümsədi:
— Mən də yenicə açılmışam. Dost axtarıram… Mənimlə dost olmaq istəyərsənmi?
Arı qanadlarını sevincək çırpdı:
— Əlbəttə! Mən sənin şirənlə qidalanaram, sənə isə toxumlarını yaymaqda kömək edə bilərəm. Beləcə ikimiz də bir-birimizə xeyir vermiş olarıq.
Bu sözlər çiçəyi çox sevindirdi.
Beləcə, hər gün arı çiçəyin yanına uçub gəlirdi. Çiçək ona öz ətirli şirəsindən pay verirdi, arı isə onun tozcuqlarını başqa çiçəklərə daşıyırdı. Meşədə daha çox çiçək açırdı.
Bir gün çiçək arıya dedi:
— Sən mənə təkcə kömək etmirsən, həm də dostluğunla günümü gözəlləşdirirsən.
Arı gülümsədi:
— Dostluq elə budur! Təbiətdə hər kəs bir-birinə kömək etsə, hər yer daha gözəl və təravətli olar.
Günlər keçdi, çiçək böyüdü, toxumları yayılmağa başladı. Meşədə yeni çiçəklər açdı. Arı hər dəfə uçarkən o çiçəklərə də baş çəkir, əvvəlki dostunu xatırlayırdı.
Çiçək isə mehə pıçıldayırdı:
— Dostluq təbiətin ən gözəl hədiyyəsidir.
Beləcə, çiçək və arının dostluğu bütün meşəyə sevinc və təravət gətirdi.

UÇAN YARPAĞIN MACƏRASI

Payız artıq gəlmişdi. Ağacların yarpaqları saralmış, meşə qızılı rəngə bürünmüşdü. Nəhəng palıd ağacının üstündə bircə kiçik sarı yarpaq qalmışdı. Onun adı Yarpaqcığaz idi. O, hələ budaqdan ayrılmamışdı.
Bir səhər Yarpaqcığaz asta-asta yellənərək ağaca dedi:
— Ey müdrik palıd ağacı, mən uzaqlara uçmaq, dünyanı görmək istəyirəm!
Ağac mehribanlıqla cavab verdi:
— Qorxma, Yarpaqcığaz. Vaxtı gələndə külək sənə yol göstərəcək.
Elə bu vaxt yüngül külək əsdi və Yarpaqcığaz budaqdan qopub havaya qalxdı. O, sevinc içində sağa-sola dönə-dönə uçurdu.
— Ura! Baxın, mən necə uçuram! — deyə həyəcanla qışqırdı, Yarpaqcığaz.
Külək gülümsədi:
— Bəli, macəran indi başlayır. Gəl, səyahət edək!
Onlar meşənin üzərindən keçdilər. Aşağıda quşlar cikkildəşir, dələlər qaçışır, çiçəklər küləyə baş əyirdi.
Yarpaqcığaz aşağı enərkən bir dələ yanından sıçrayıb keçdi.
— Sən uçan yarpaqsan? — dələ təəccüblə soruşdu.
— Bəli! Küləklə səyahət edirəm.
Dələ əlini yellədi:
— Uğurlar! Amma ehtiyatlı ol, külək bəzən çox güclü ola bilər!
Bir az sonra Yarpaqcığaz bir sərçənin yuvasının yanına düşdü.
— Ay yarpaq, ehtiyatlı ol! — sərçə dedi. — İstəyirsən, bir az budağımda dincəl.
— Çox sağ ol, amma mən macərama davam etməliyəm. Hələ çox yer görəcəyəm! — Yarpaqcığaz cavab verdi.
Sərçə onu yola saldı.
Axşamüstü külək zəiflədi. Yarpaqcığaz asta-asta dövrə vurub yerə düşdü. O an bir uşaq yaxınlaşıb yarpağı gördü. Sapsarı yarpağı götürüb sevincək dedi:
— Necə də gözəlsən! Səni kitabımda saxlayacağam.
Uşaq yarpağı kitabının arasına qoyub evlərinə apardı. Günlər keçdi, Yarpaqcığaz qurudu, amma solmadı. Uşaq onu kitabdan açıb hər dəfə baxır, müəlliminə göstərirdi.
— Bu yarpaq mənə payızı xatırladır, — deyə gülümsəyirdi.
Yarpaqcığaz isə xoşbəxt idi. Çünki onun səyahəti bitməmişdi — indi o, uşağın kitabında bir xatirəyə çevrilmişdi.
Hər yolun sonu yeni bir başlanğıcdır. Təbiət dəyişsə də, gözəllik heç vaxt itməz. 

Qələmə aldı:   baba - Ağamahmud Səmədov
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://adalet.az
archiveBu xəbər 26 Noyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri