Icma.az
close
up
RU
Səma qartalları ilə Şəhid Bəhruzun görüşü: Anım günündən REPORTAJ

Səma qartalları ilə Şəhid Bəhruzun görüşü: Anım günündən REPORTAJ

Icma.az bildirir, Adelet.az portalına istinadən.

11 fevral şəhidimiz Zeynalov Bəhruz Novruz oglunun şəhadət günüdür.


Adalet.az xəbər verir ki, şəhidin doğmaları -yaxınları, vaxtıilə tələbə yoldaşı olmuş kursant dostları, hazırda pilot zabitlər onu yad etmək üçün Binə qəsəbəsində yerləşən məzarını ziyarətə gəlibdilər.
Xatırladaq ki, 2013-cü il fevralın 11-i HHQ-yə məxsus helikopter döyüş tapşırığına əsasən Bakıdan havaya qalxır. Saat 10:30-da radarlardan itərək Şıxov çimərliyi istiqamətində qəzaya uğrayır.

.

Şahidlər deyir ki, vertolyot Binə ticarət mərkəzinin üstündə dövrə vurur. Helikopteri idarə edən zabitlər - kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu yüksək peşəkarlıq nümayiş etdirərək helikopterin insan olan yerə düşməməsi üçün dənizə doğru hərəkət edirlər.

Onlar daha neçə ananın gözünün yaşlı qalmağına imkan vermirlər. Minlərlə insanın həyatını ölümün pəncəsindən xilas edərək özlərinin həyatını qurban verirlər. Beləliklə, Rüstəm də, Yaşar da, Bəhruz da öz müqəddəs missiyalarını uğurla başa vururlar.Hər üçü helikopterlə birgə dənizin qoynunda gözdən itirlər.


Qəzadan dərhal sonra həlak olan şəxslərin axtarışına başlanılır. Bu məqsədlə Hərbi Dəniz Qüvvələri və FHN-in gəmi və katerləri, helikopterlər cəlb olunur. Axtarışa 6 gəmi cəlb edilir. Axtarış tədbirləri nəticəsində Rüstəm Rüstəmov və Bəhruz Zeynalovun cansız bədənləri sudan çıxarılır. Saat 15-də Xəzər dənizinə düşən "Mİ-17"-i helikopteri və kapitan Yaşar Əhmədovun da cansız bədəni dənizin dibindən çıxarılır.

Şəhidin anası Tamam xanım, atası Novruz həkim məzarlığa ayaq basanda əvvəl Bəhruzun mərmərdən olan başdaşına, sonra nigaran-nigaran ətrafına baxdı. Ana sanki elə bil indicə anladı ki, oğlu bax elə bu gün, bu dəqiqə onları tərk edib. Acı göz yaşları ilə qara mərməri qucaqlayıb, asta-asta igidinə həsrətini, nisgilini, kədərini pıçıldamağa, sonra isə onu oxşamağa, əzizləməyə başladı.

Qohumlar, tanışlar, bu ailəni, bu şəhidi tanıyanlar nə Tamam xanımın ağısına, nə də Novruz həkimin gözlərindən sakitcə süzülən göz yaşlarına laqeyd qala bilmədi. Sükutu pozan hıçqırtı, göz yaşları, qüssə...

Hətta şəhidin qardaşı Elgiz bu anda ata-anasını ovutmaqda çətinlik çəkdi. Nə qədər təmkinli olmağa çalışsa da mənzərə qarşısında o da göz yaşını gizlədə, sıxıb saxlaya bilmədi.
Şəhidin dayısı Hacı Şikar avazla “Quran” oxumağa başlayanda, sakit bir ortam yarandı. Səsi çox kədərliydi...Ana da ağısını, bayatısını dayandırsa da, sızıltılı asta səsini durdura bilmirdi.

Onu sakitləşdirmək üçün yaxınlaşdım, məzarın üzərindən qaldırdım. İndiyənə qədər gözlərində görmədiyim ağır bir yük vardı. Sanki onu ümidsizlik ağuşuna almış, qol-qanadı yanına düşmüşdü. Bunu təmkinli, sarsılmaz bildiyim Tamam xanımda ilk dəfə idi ki, görürdüm.

Hacı Şikar duasına ara verməsi ilə yalan olmasın “bir batalyon” pilotun məzarlığa girişi bir anda baş verdi. Sanki göy üzündən qartallar yerə enmişdi. Bəhruzun pilot dostları, kursant yoldaşları, uzun illər bir yerdə - təlimdə, tədrisdə çörək kəsdiyi, danışıb güldüyü əzizləri...Əllərində qərənfillər, əllərində “qardaş” dedikləri Bəhruza layiq əklillər...Tamam xanımın da, Novruz bəyin də, elə ora yığışmış qohum -əqrəbanın da üzünə sanki bir günəş doğdu.

Bilmirəm, bəlkə də hamısı hərbi pilot geyimində idi, ya hamısı gənc idi, ya hamısı son 12 ildə Tamam xanıma doğmalaşmışdı deyə... bilmirəm... Tamam xanım onları görən kimi ilk pışıltısı ”Bəhruuuz” oldu... Yenə ananın üzünə -gözünə baxdım. Bayaq sanki can verən, ümidsizliyə qapılan gözlərdə, kədərli simada çiçəklər açmağa başlayırdı.

Yox, səhv etmirdim...Zabit pilotların gəlişi anaya oğlu Bəhruzun gəlişi qədər sevinc gətirmişdi. Anladım bayaqkı ümidsizliyin kədərin səbəbini...İndi igid Bəhruz yetişdirən Tamam ananı, Novruz atanı ziyarətə 100-ə yaxın Bəhruz, 100-ə yaxın igid oğul gəlmişdi.

Ata hamıya “balalarım xoş gəlmisiniz” –deməsi də yəqin ki, unudulmayacaq Bəhruzun bax elə bu igidlərin ürəyində əbədi məskən salmasına inamından irəli gəlirdi.

Çünki Bəhruzu ziyarətə gələn hər kəsin yaddaşında, qəlbindədir Bəhruz...Kursant yoldaşı , hazırda zabit rütbəsində olan Ülvi Bəhruzun mehribanlığından, dostluğa verdiyi önəmdən, dost yolunda təhsilini, canını risqə qoymasından danışır. Xatirələr bir-birini əvəz edir. Hamı nəfəsini içinə çəkib, Bəhruzun dostları, yoldaşları üçünetdiyi fədakarlığı gah kədərlə, gah da gülümsəyərək dinləyir.

Kursant yoldaşı, indi isə zabit olan Elsevər isə söhbətinə elə gülümsəyərək başlayır ki, sanki bu dəqiqə Bəhruz kənardan yenə deyəcək ki, “Ay Elsevər, az təriflə, day bəsdi”.

(Elsevər ortada)

Elsevər deyir ki, bir dəfə bərk xəstələnmişdim:”Bəhruz halımın yaxşı olmadığını görüb yanımdan ayrılmadı. Novruz əmi həkimdir axı... Bəhruz tez-tez atasını zəng edib, mənim vəziyyətimi deyir, hansı iynə, dərmanın effektli olduğunu soruşurdu.

Novruz əmi telefon vasitəsilə vəziyyətimin necə olduğunu dəqiqləşdirdiyi üçün xeyli iynə-dərman adı yazdı. Bəhruz onları aptekdən alıb, müalicəmə başladı.İynə vurdurmaqdan xoşum gəlmir deyə, hər dəfə bir bəhanə tapıb əlində ineksiya başımın üstünü kəsdirən Bəhruzdan qurtulmaq üçün bir bəhanə uydururdum:”Bəhruz “həkim”, sən axırda məni öldürəssən”.
- Ə ölməzsən , çön...
...İnanırsınız ən azı o azarla 15-20 gün yerimdən qalxa bilməyəcəkdim. Bəhruzun bir qardaş təəssübkeşliyi ilə 5 günə tər-təmiz sağaldım. Həmişə deyirdim ki, Bəhruz qardaşdı, Bəhruz qardaşdan da, dostdan da ötədi.

Uşaqlarımıza – kursantlara bu fikrimi deyərkən təsadüfən Bəhruz bunu eşidərdisə,o dəqiqə deyirdi ki, “Ay Elsevər, az təriflə, day bəsdi”... Elə bilirəm heç 12 il ötməyib, elə bilirəm, Bəhruzla dünən, srağagün ayrılmışam.Onsuz da onunla olan xatirələrin heç birini unutmuram ki, hər gün xatırlayıram... Ona görə elə bilirəm dünən ayrılmışıq, sragagün ayrılmışıq... Bəhruz onu tanıyanların qəlbində hər zaman yaşayacaq...

 Tamam ana söhbətə qoşulur: Allah sizi qorusun mənim balalarım... Allah üstünüzdə yar olsun... Bəlkə də bir ana olaraq çoxdan  balama—haqqa qovuşardım. Amma sizin ehtiramınız, balama münasibətiniz məni ölməyə qoymadı. Bəhruz şəhid olanda leytenant idi. Bir neçə il əvvəl siz kursanlara mayor rütbəsi verildi.

Həmin gün sizə görə, çox sevindim, sizinlə həmişə qürur duymuşam. Elə bilirəm bütün pilotlar Bəhruzun doğma qardaşıdı, hamısı mənim öz balamdı. Buna görə sevindim. Amma göz yaşlarım da sözümə baxmadı... Bəhruzum sıradan qaldı, balam mayor ola bilmədi...Bilirsiniz mənim göz yaşımı bu balalar necə sildi?

Bu ağıllı, dərrakəli əziz balalarım, hərbi rütbə aldıqca, yüksəldikcə, gedib Bəhruzu( qəbir deməyə dili gəlmir) ziyarət edirlər. Ona aid olan simvolik paqonları qəbri üstünə gətirməyi unutmurlar. Onlara mayor rütbəsi verilən gün də qəbir üstə gəlmiş, bu dəfə də “mayor” paqonlarını məzarın üstünə qoyub getmişdilər. Onda anladım ki, onlar da mənim kimi ölümü Bəhruza yaraşdırmır, onu sağ kimi qəbul edir, leytenant qalmağını qəbullanmırlar...Mən belə balalara “mən ananız sizə qurban!” deməyim, nə deyim?!

Novruz həkim, illər əvvəl mənə müsahibəsində danışdığı bir xatirəni yenidən xatırlatdı: Novruz həkim oğlu haqqında daha bir maraqlı söhbətə başladı:”Bilirsiniz, köçkünlük səbəbilə yerimiz-yurdumuz işğal olunmuşdu deyə Bəhruzu burda- Binə qəbristanlığında torpağa verdik. Hətta gec-gec gələcəyimiz təqdirdə ora nəzarət etməyi, ağaclara su tökməyi, ara-bir qəbri və qəbri əhatəyə alan dəmir məhəccərləri silib təmizləmək uçun birindən xahiş etdik.

Hər dəfə biz qəbri ziyarət etməyə gedəndə həmin nəzarətçi bizə danışırdı ki, Bəhruzun qəbri üstünə tez-tez bir kapitan, yanında da yaşlı bir qadın gəlir. Məhəccərdən içəri keçməmişdən əvvəl ayaqqabılarını çöldə soyunur... Ayaqyalın gəlib əvvəl Bəhruzun başdaşından gülümsəyən gözlərindən öpür, sonra "Fatihə” surəsi oxuyur, daha sonra gözünün yaşını əlinin arxası ilə silib gedir. Hər dəfə nəzarətçidən xahiş edirdim ki, yaxınlaş heç olmasa adını, soyadını soruş... Soruşmuşdu da... Amma , niyəsə cavab ala bilməmişdi. Sonra day maraqlanmadıq.

Həmin vaxt bir müddət Bəhruzun ən yaxın dostları - aprel döyüşlərində şəhid olan mayor Təbriz Musazadə, mayor Ürfan Vəlizadə, baş leytenant Bəkir İsmayılovun ( 2016-cı il Aprel döyüşlərinin şəhidləri) yas mərasimlərinə başımız qarışdı. Çalışırdıq onların valideynlərinə dəstək olaq. Təbrizin yasında idik. Adamlar seyrəlmişdi. Birdən bir qadın Tamam xanıma yaxınlaşdı:”Xoş gəlmisiniz. Amma mən sizi heç tanıya bilmədim "- dedi. Özümüzü təqdim etdik. Qadın Bəhruzun adını eşidən kimi Tamam xanımı qucaqlayaraq ucadan ağlamağa başladı, ağlaya-ağlaya: ”Təbrizin xalasıyam. Mənim evim Binədədi, düz qəbiristanlığın yanında.

Elə olmayıb ki, Təbriz bizə qonaq gələ, amma dostu Bəhruzu unuda. Mütləq gedib onu ziyarət edirdik. Təbriz Bəhruzdan o qədər xoş xatirələr danışmışdı ki, elə bilirdim Bəhruz da doğmamdı. Sonra vəziyyət pisləşdi...” Qadın bunu deyib yenidən hönkürməyə başladı.
Xatirələr bitib- tükənməyən yeganə sərvətdir –deyirlər.

Məzarlıqdan çıxdıqdan sonra Bəhruzun dili ilə desək, uşaqlarla söhbətimizi davamını Binədəki mərasim evlərinin birində davam etdirdik. Hacı Şikar hədislərdən sitat gətirir:
“Həzrət Mühəmməd Peyğəmbər (s): buyurur: “Bəndənin nail ola biləcəyi bütün yaxşılıqlardan (savablardan) daha üstün bir yaxşılıq var. Ən böyük yaxşılıq isə budur ki, insan Allah yolunda savaşıb şəhid olsun. Bundan üstün bir savab ola bilməz”
“Şəhidin qanının ilk damlası axıdılanda borcdan başqa bütün günahları silinər». «Cənnətə daxil olan heç kəs, hətta bütün dünyanın nemətləri ona verilsə belə, cənnətdən çıxıb bir daha bu dünyaya qayıtmaq istəməz. Yalnız şəhid Allahdan o qədər mükafat görər ki, (bunların əvəzini vermək üçün) 10 dəfə dünyaya qayıdıb şəhid olmağı arzu edər».
“Öz ailəsini zülmdən qoruyaraq öldürülən şəxs şəhiddir”.
Hacının sonuncu hədisi yenə Bəhruzun gül camalını xəyalıma gətirir: “Axı, sən ailənin yox, tanımadığın insanlar uğrunda şəhid oldun! Deməli, sənin yerin- məkanın 7 cənnət qatında bərqərardır...

Qeyd edək ki, qəhrəmanımız Bəhruz Zeynalov 9 may1989-cu ildə Ağdam rayonunda anadan olub. Uşaqlıq dövrü muharibə illərinə təsadüf edib. Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olanda ürəyind böyük arzuları olub.Həyatı 2013-cü ildə yarıda kəsilməsəydi, bəlkə də qardaş bildiyi Təbriz, Ürfan,  Bəkir kimi döyüş əməliyyatında iştirak edər, yurdunun azadlığı uğrunda - Vətən müharibəsində qartala dönərdi. Amma alın yazısı belə oldu. O da, Yaşar da, Rüstəm də 2013-cü ildə minlərlə insanın həyatı uğrunda özlərini elə Bakı səmasında qurban verdilər.

 Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm!

Əntiqə Rəşid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://adalet.az
archiveBu xəbər 12 Fevral 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1221

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see189

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see147

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see124

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see122

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see114

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see112

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see110

Bakıda bu əraziyə sahib çıxan yoxdur Video

16 İyul 2025 14:01see110

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see110

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri