Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Azərbaycanda İnstaqram və Tiktok işləmir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

Şəhid tələbənin anım günüdür

Şəhid tələbənin anım günüdür

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

19 dekabr Lənkəran Dövlət Universitetinin (LDU) şəhid tələbəsi Cəsarət Səfərovun anım günüdür. Cəsarət İkinci Qarabağ savaşında qəhrəmanlıqla döyüşərək şəhadət zirvəsinə yüksələn vətənpərvər gənclərimizdəndir.

Modern.az-ın məlumatına görə, Cəsarət Xaliq oğlu Səfərov 2001-ci il iyun ayının 27-də Bakı şəhərinin Suraxanı rayonunda anadan olub. Yaxınlarının dediyinə görə hələ orta məktəbdə oxuduğu illərdə Cəsarət təlim-tərbiyəsi, vətənpərvərliyi, səmimiyyəti ilə hər zaman seçilib və nümunəvi şagird kimi müəllimlərin sevimlisi olmağı bacarıb. Orta məktəb müəllimlərinin, şagird dostlarının sosial şəbəkələrdə Cəsarətlə bağlı paylaşımları, haqqında yazdıqları xoş sözlər, səmimi xatirələr göstərir ki, şəhid tələbəmiz hələ uşaqlıqdan, yeniyetməlik çağlarından insanların ürəklərində özünə yer etməyi bacarıb, özünü sevdirə bilib.

Cəsarət Səfərov 2018-ci ildə Lənkəran Dövlət Universitetinin “Aqrar və mühəndislik” fakültəsinin qiyabi təhsilalma forması üzrə Aqronomluq ixtisasına qəbul olunub. 2019-cu ildə təhsilini donduraraq iyul ayında Gəncəyə, hərbi xidmətə yollanan C. Səfərov 2020-ci ilin 27 sentyabrında İkinci Qarabağ savaşı başlananda aktiv döyüşlərə qatılıb. O, Füzuli, Zəngilan, Qubadlı və Xocavəndin alınması uğrunda gedən döyüşlərdə iştirak edib, cəsurluğu, igidliyi ilə nümunə olub, seçilib. Son dəfə ailəsi noyabrın 3-ündə Cəsarətlə əlaqə saxlaya bilib. Noyabrın 4-ü Laçın istiqamətində gedən döyüşlərdə igid əsgərin qəhrəmanlıqla həlak olduğu, şəhidlik zirvəsinə yüksəldiyi xəbəri gəlib. C.Səfərovun nəşi 45 gün sonra, dekabrın 19-u ailəsinə təhvil verilir və II Fəxri Xiyabanda, böyük insan izdihamının iştirakı ilə torpağa tapşırılır.

Vətən müharibəsi şəhidi Cəsarət Səfərov şəhadətindən sonra “Laçının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” , “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub. Onun əmisi oğlu Şahmar Səfərov da Vətən müharibəsi şəhididir. Cəsarətlə eyni vaxtda döyüşən Şahmar da 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhadət zirvəsinə yüksəlib, Səfərovların soyadını ölkəmizin şərəf salnaməsinə qanı ilə həkk edib.

Allah rəhmət eləsin!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Dekabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1053

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see354

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see351

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see262

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see255

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see254

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see244

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see237

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see224

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see213

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see211

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see204

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see198

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see191

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see187

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see184

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see181

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see180

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see169

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri