Səmada gözlənilməz mesaj: Pilotun yazdığı söz GÜNDƏM OLDU
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Böyük Britaniyada bir pilot sınaq uçuşu zamanı etdiyi manevrlərlə səmada "Darıxıram" sözünü yazıb.
Avtosfer.az xəbər verir ki, hadisə İngiltərə və Uels sərhədi yaxınlığında baş verib. Flightradar24 məlumatlarına görə, Ravenair aviaşirkətinə məxsus təyyarənin uçuş trayektoriyası nəticəsində yaranan yazı izləmə sistemində qeydə alınıb.
Məlumata əsasən, uçuş ümumilikdə təxminən iki saat davam edib. Pilot "Darıxıram" sözünü formalaşdırmaq üçün təxminən 20 dəqiqə ərzində bir sıra kəskin dönüşlər həyata keçirib.
Ravenair şirkəti bildirib ki, pilotun 20 yaşlarında olduğu və hadisə ilə əlaqədar ona qarşı heç bir intizam tədbiri görülməyib.
Şirkətin əməliyyatlar üzrə meneceri Ueyn Barrett qeyd edib ki, sınaq uçuşları təyyarədə aparılan texniki işlərdən sonra bütün sistemlərin düzgün işlədiyini yoxlamaq məqsədi daşıyır.
"Bu uçuş zamanı heç bir texniki problem aşkarlanmadı. Təyyarə təhlükəsiz şəkildə anqara qayıtdı, pilot isə bu gün məzuniyyətdədir", – deyə Barrett bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 14 İyul 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















