“Flydubai”da xəsarət alan pilotun kimliyi məlum oldu
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Bıçaqlanan “FlyDubai” pilotu Hindistan vətəndaşı Smit Maççxardır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Hindistanın “Hindustan Times” qəzeti məlumat yayıb .
Məlumata görə, Maççxar Dubaydan Təl-Əvivə uçan təyyarənin ekipajının komandiri olub.
İkinci pilot onu bıçaqladıqdan sonra təyyarə Səudiyyə Ərəbistanı hava limanına təcili eniş etmək məcburiyyətində qalıb.
Zərərşəkənin vəziyyəti ilə bağlı heç bir məlumat verilmir.
“LinkedIn” profilinə görə, Maççxar 2022-ci ilin iyun ayından bəri “FlyDubai” şirkətində “Boeing 737” təyyarəsində kapitan vəzifəsində işləyir.
Bundan əvvəl o, Mumbayda yerləşən “SpiceJet” şirkətində 11 il işləyib. O, bu şirkətdə əvvəlcə kapitan kimi fəaliyyət göstərib, 2020-ci ildən isə təlimatçı kimi digər pilotlara təlim keçib.
Onun profilində 737-800 və 737 MAX 8 və 9 təyyarələrində 9750 uçuş saatı qeyd olunub.
“LinkedIn” profilinə görə, Maççxar “FlyDubai”da birbaşa kapitan kimi fəaliyyətə başlayıb.
Onun profilində həmçinin, “FlyDubai”ın təlimatçı komandasına qoşulmaq istədiyi bildirilir.
Qeyd edək ki, çərşənbə günü Dubaydan Təl-Əvivə uçan “FlyDubai” təyyarəsi təcili vəziyyət siqnalı verib və Səudiyyə Ərəbistanında təcili eniş edib.
Daha sonra aviaşirkət təyyarədə incident baş verdiyini təsdiqləyib.
Daha sonra mediada pilotlardan birinin digərini bıçaqlayaraq təyyarəni yerə çırpmağa cəhd etdiyi bildirilb.
Bu mövzuda digər xəbərlər:“Flydubai”da insident törədən pilotun Terrorla bağlı videoları yayılıb
03 Oktyabr 2026 10:17
Təyyarədə terror aktı törətməyə cəhd edən “Flydubai” pilotunun kimliyi məlum oldu KİV
03 Oktyabr 2026 16:34
“Flydubai” Rusiyaya uçuşları
03 Yanvar 2025 13:30
Şəmkirdə partlayışda xəsarət alan şəxsin kimliyi məlum oldu
14 Dekabr 2024 09:57
Bakıda partlayışda xəsarət alan şəxsin KİMLİYİ MƏLUM OLDU
01 Dekabr 2025 13:59
Baxış sayı:82
Bu xəbər 30 Sentyabr 2026 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















