Icma.az
close
up
RU
Semaşko nun həyəti hasarlanıb: 3 quruma hərəkət niyə məhdudlaşıb? AÇIQLAMA

Semaşko nun həyəti hasarlanıb: 3 quruma hərəkət niyə məhdudlaşıb? AÇIQLAMA

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Semaşko"nun həyəti hasarlandı: iki qurumun fəaliyyətinə maneə yaranıb
Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) yeni baş həkimi xəstəxananın həyətini hasarladıb. Bu addım xəstəxanaya gələn xəstələr və tibb işçiləri ilə yanaşı, ərazidə yerləşən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasına gedən şəxslərin də narazılığına səbəb olub.

Ölkə.az-ın məlumatına görə, sözügedən iki quruma müraciət edən insanlar bildirirlər ki, hasarlama nəticəsində onların yolu xeyli uzanıb. 

Avtobusların əksəriyyəti əsas girişin qarşısına qədər gəlir və əvvəllər oradan rahat keçmək mümkün idisə, indi bu yol bağlanıb. Yalnız xəstəxananın arxa tərəfindən bir avtobus xətti keçir ki, bu da ictimai nəqliyyatdan istifadə edənlərin işini çətinləşdirir.

Məsələ ilə bağlı həmin iki quruma müraciət edən şəxslər isə onların da eyni problemlə üzləşdiyini öyrəniblər. Qurum əməkdaşları bildiriblər ki, hasarlama onların işinə maneə yaradır və bu vəziyyətdən narazıdırlar. Eyni zamanda Tibb Universitetinin məhkəmə təbabəti kafedrasının tələbələri də bu haldan narazıdır. Əvvəllər tələbələr universitetdən çıxıb qısa yol qət edirdilər, indi isə onaların yolu uzanır.

Məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ruzbeh Məmməd saytımıza açıqlamasında bildirib ki, əvvəllər Respublika Narkoloji Mərkəzə müraciət edən narkotik asılılığı olan şəxslər hasarlar olmadığı üçün KTM-in ərazisindən istifadə edirdilər. 

Onun sözlərinə görə, onlar aldıqları maddəni xəstəxana ərazisində qəbul edir, onun satışını həyata keçirir, həmçinin oğurluq halları törədirdilər:

"Bundan əlavə KTM-in ərazisindən istifadə edərək digər müəssisələrə getmək istəyən şəxslər də xəstəxanaya müraciət edənlər, təcili yardım avtomobilləri üçün ciddi problemlərə səbəb olurdu. Bütün bunlar nəzərə alınaraq xəstəxana öz ərazisini hasara alıb. Lakin Kliniki Tibbi Mərkəzə müraciət edən vətəndaş və onların avtomobilləri üçün girişlər mövcuddur. Hasarlamanın əsas məqsədi də xəstələrin, xəstəxana işçilərinin rahatlığının təmin olunması üçündür". 

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Fevral 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri