Icma.az
close
up
RU
“Semaşko” xəstxanasının reanimasiya şöbəsində çarpayı çatışmazlığı var? TƏBİB dən AÇIQLAMA

“Semaşko” xəstxanasının reanimasiya şöbəsində çarpayı çatışmazlığı var? TƏBİB dən AÇIQLAMA

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Son aylarda ölkədə baş verən ağır yol-nəqliyyat hadisələri, eləcə də bıçaqlanma və xüsusi amansızlıqla törədilən qətllər səbəbilə xəstəxanalara üz tutan vətəndaşlar müəyyən problemlərlə qarşılaşır.

Avtosfer.az xəbər verir ki, xəstə yaxınları öz qohumlarını, tanışlarını xəstəxanaya yatırmağa çalışsa da bəzi hallarda dövlət tibb müəssisələrində yer olmaması səbəbilə xəstəxanada stasionar müalicəyə sala bilmədiklərindən narazıdırlar.

Belə ki, xəstəxanalarda, xüsusən də 1 saylı Klinik Tibbi Mərkəzdə (“Semaşko” xəstəxanası) çox da ağır xəstə olmayan şəxslərin reanimasiya şöbələrində çarpayı zəbt etməsi həqiqətən ağır xəstələrin reanimasiya və intensiv terapiya bölmələrinə köçürülməsinə maneələr yaradır. Sosial şəbəkələrdə qeyd olunan iddiaların nə qədər həqiqətə uyğun olub olmaması ilə bağlı həm mütəxəssisdən, həm də dövlət qurumundan açıqlama aldıq.

Tibb üzrə ekspert Adil Qeybulla mövzu ilə bağlı saytımıza açıqlamasında deyib ki, reanimasiya şöbələrindəki çarpayı sayı məsələsi hər zaman müzakirə predmeti olub:

“Həm reanimasiya şöbələrində çarpayı sayı xəstə sayından azdır. Bunun səbəbi odur ki, xəstəxanalar heç vaxt reanimasiyalıq xəstələrin sayını əvvəlcədən proqnozlaşdıra bilmir. Bu məntiqi sarıdan da mümkün deyil. İnkişaf etmiş ölkələrdə belə xəstələri intensive terapiya palatalarına yerləşdirir, orada müalicə edirlər. Çox ağır xəstələr olur ki, onları xüsusi palatalarda yerləşdirirlər. Hesab edirəm ki, bizim də səhiyyə sistemimizdə Qərb standarlarına keçmək doğru olar. Xüsusi intensive terapiya otaqlarının yaradılması bu istiqamətdəki problemlərin həllinə kömək edə bilər.

Bir problem də ondan ibarətdir ki, reanimasiya şöbələrində yerləşdirilən xəstələr bəzən çox xərc tələb edir. Belə xəstələr bəzi hallarda 6 ay, 1 il reanimasiyada yatmalı olur. İcbari Tibbi Sığorta çərçivəsində bu xəstələrin orada yatmağı bəzən problem yaradır. Yəqin ki, zamanla bu problemlər də öz həllini tapacaq. İntensiv terapiyaya ehtiyac duyan xəstələrin müəyyən yerləşdirilməsi probleminin həlli yalnız dövlət və özəl xəstəxanaların imkanlarının səfərbər edilməsi ilə mümkün ola bilər”.

Məsələ ilə əlaqədar Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən sorğumuza cavab olaraq bildirildi ki, Kliniki Tibbi Mərkəzin (KTM) Reanimasiya şöbələrindəki çarpayı sayı xəstəxananın çarpayı fondunun faiz nisbətinə tam uyğundur və bu, beynəlxalq norma sayılır.

“Məlumat üçün bildirək ki, xəstəxanalarda bu göstərici təxminən 10 faiz nisbətində olsa da, KTM-də 15 faizə yaxındır. Son illər xəstəxanada həyata keçirilən yeniliklər, onun maddi-texniki bazasının yüksəldilməsi və peşəkar kadrların sayının artırılması nəticəsində təkcə Bakıdan deyil, həm də bölgələrdən bura reanimasiyon xəstələr gətirilir. Tələbin yüksək olması səbəbindən tibb müəssisəsinin Reanimasiya şöbəsində daim doluluq müşahidə olunur. Lakin bu reanimasiyon çarpayı sayının azlığı demək deyil. Bu cür situasiyalarda pasiyentlərin təcili tibbi yardım avtomobilləri vasitəsilə digər tibb müəssisələrinə yönləndirilməsi qaydalara uyğundur”.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 Fevral 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri