Səməd Qurbanov: “Neftçi” bu gedişlə mövsümü ilk “dördlük”də bitirə bilər
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 3 noyabr, AZƏRTAC
Artıq “Neftçi”nin geri döndüyünü deyə bilərik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “ağ-qaralar”ın veteran futbolçusu Səməd Qurbanov keçmiş komandasının son oyunlardakı yüksəlişi barədə danışarkən deyib.
AFFA İcraiyyə Komitəsinin üzvü hazırda Misli Premyer Liqasının X turundan sonra 15 xalla 7-ci pillədə olan Bakı təmsilçisində son oyunlarında istəyin hiss olunduğunu bildirib: “Artıq yavaş-yavaş futbolçular ab-havaya tam uyğunlaşırlar. Bütün veteran oyunçuların da istəyi “Neftçi”nin hər zaman yüksək yerlərdə olmasıdır. Komanda bu gedişlə mövsümü ilk “dördlük”də bitirə bilər. Bunun üçün yaxşı potensial var. Futbolda hər şey mümkündür”.
72 yaşlı mütəxəssis komandaya yeni qoşulan kamerunlu ulduz futbolçu Vensan Abubakarın performansı haqqında da danışıb: “Abubakarın qanında futbol sevgisi var. O, həm güclü, həm də ağıllı oyunçudur. Qol vurduğu matçlarda onun necə ağıllı mövqey seçdiyini görə bilərik. Onun “Neftçi”yə böyük faydası dəyəcək”.
Qeyd edək ki,azarkeşlərin “Jiqulu” ləqəbi verdiyi yarımmüdafiəçi “Neftçi”nin tarixində ən çox oyun keçirmiş 3-cü futbolçudur. O, 1972-1984-cü illər ərzində 393 rəsmi matçda meydana çıxıb, 22 qolun müəllifi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 03 Noyabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















