Icma.az
close
up
RU
Səməd Vurğunun Güney Azərbaycan həsrəti

Səməd Vurğunun Güney Azərbaycan həsrəti

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

2026-cı ildə Səməd Vurğunun anadan olmasının 120 illiyi qeyd olunur. Prezident İlham Əliyevin Xalq şairinin 120 illiyinin qeyd edilməsi haqqında Sərəncamı sənətkarın ruhuna ehtiram, eyni zamanda, xalqın mənəvi mirasına, mədəni irsinə sadiqliyin təcəssümüdür. Böyük şairin 120 illik yubileyi münasibətilə Azərbaycanda silsilə ədəbi-bədii tədbirlər, elmi konfranslar və xatirə gecələri keçirilir. Onun yaradıcılığı qardaş Türkiyə mətbuatında da geniş işıqlandırılır. Bu istiqamətdə Türkiyə Ərzincan Universitetinin professoru Ali Kafkasiyalının Səməd Vurğuna həsr etdiyi silsilə məqalələr xüsusi maraq doğurur.

Qeyd edək ki, Ali Kafkasiyalı Azərbaycan ədəbiyyatı və aşıq sənəti sahəsində tanınmış tədqiqatçılardandır. O, bu mövzularda çoxsaylı elmi əsərlərin müəllifi olmaqla yanaşı, Türkiyədə nəşr olunmuş Səməd Vurğun adlı monoqrafiyanın da müəllifidir. Alimin böyük şair haqqında qələmə aldığı məqalələrdən birini oxucularımıza təqdim edirik.

“Biz inanırıq ki, İran Azərbaycanı şairləri qəhrəman xalqları ilə birlikdə inkişaf edəcək və güclənəcək; vətənlərini azad görəcək, öz xalqlarının səadəti haqqında yeni və gözəl şeirlər yazacaqlar.” Səməd Vurğun (1950)

Qafqazın bağrından yüksələn elə bir səs vardır ki, onun misralarında bir millətin yaddaşı və tarixi əks-səda verir. Səməd Vurğun bu səsin ən güclü və təsirli nümayəndələrindən biri, bəlkə də ən gur səsidir. Onun şeirlərində Azərbaycan parçalanmış taleyin və ayrılıqla sınağa çəkilmiş bir millətin dərin ağrısını daşıyan simvolik vətənə çevrilir. Vurğunun poeziyasına yaxınlaşmaq, eyni zamanda Quzey və Güney Azərbaycan arasında uzanan görünməz sərhədlərin yaratdığı tarixi hüznü hiss etmək deməkdir.

Hələ gənclik illərində Qafqazda baş verən böyük sarsıntılara şahid olan Səməd Vurğun bolşevik inqilabını, Qafqaz İslam Ordusunun Azərbaycana gəlişini və sonrakı siyasi çalxantıları dərindən yaşamışdır. Bu tarixi hadisələr onun yaddaşında sadəcə keçib gedən olaylar kimi qalmamış, xüsusilə Güney Azərbaycanın taleyi ilə birləşərək dərin bir həsrət və ayrılıq hissinə çevrilmişdir. Qazax Müəllimlər Seminariyasında eşitdiyi xatirələr isə onun qəlbində parçalanmış bir millətin ağrısına dair silinməz izlər buraxmışdır.

Səməd Vurğunun Güney Azərbaycana baxışı yalnız siyasi məsələ deyildi; bu yanaşma dərin insani həssaslığa, simvolik və duyğusal dünyaya söykənirdi. Onun 1935-ci ildə qələmə aldığı Təbriz gözəlinə şeiri bu düşüncənin ən aydın nümunələrindən biridir. Şair burada Təbrizi sevgili obrazında təsvir edir. Çünki türk mədəniyyətində qadın çox zaman vətənin, sədaqətin və azadlığın simvolu kimi qəbul edilir. Beləliklə, “Təbriz gözəli” əsarət altındakı bir yurdun zərifliyini, hüznünü və azadlıq həsrətini daşıyan rəmzi obraza çevrilir.

Gözlərin dolmasın!.. Dayan bir az da!

Qəlbin də, sevgin də, dərdin də haqdır…

Azadlıq bayrağı güllü bir yazda

Təbrizin üstündə parlayacaqdır!

Bu şeirdə Vurğun həm ayrılığı dilə gətirir, həm də ümidi yaşadır. Araz çayına müraciətlə söylədiyi “Bir ürək ikiyə parçalanmasın!” harayı coğrafi sərhədləri aşaraq tarixi etiraza çevrilir. Araz artıq sadəcə təbiət ünsürü deyil, iki yerə bölünmüş bir millətin simvoludur. Şairin ən böyük arzusu isə bu ayrılığın bir gün sona çatacağına olan sarsılmaz inamdır.

II Dünya müharibəsi illəri bu həsrətin daha da dərinləşdiyi dövr olur. İranın işğalı, böyük dövlətlərin bölgə üzərindəki planları və Sovetlərin Güney Azərbaycan siyasəti Səməd Vurğunun diqqətindən yayınmır. Rza şah Pəhləvi dövründə başlayan və Məhəmməd Rza Pəhləvi ilə davam edən prosesdə Güney Azərbaycan yenidən böyük güclərin siyasi oyunlarında alətə çevrilir.

Bu dövrdə meydana çıxan Mir Cəfər Pişəvəri və qurulan Azərbaycan Milli Hökuməti Vurğunun ümidlərini yenidən canlandırır. Təbrizdə türkcənin rəsmi dil elan olunması, Təbriz Universiteti və Təbriz radiosu kimi mədəni qurumların açılması, milli şüurun yüksəlməsi şairin arzuladığı birliyin qısa müddətlik də olsa gerçəkləşməsi anlamına gəlirdi. Lakin bu ümid 1946-cı ildə qanlı şəkildə sona çatdı.

Təbriz küçələrində yaşanan qırğınlar, yandırılan kitablar və susdurulan səslər Vurğunun qələmində ağıya çevrildi. Onun “Yandırılan kitablar” şeiri mədəni soyqırıma qarşı yüksələn vicdan fəryadıdır. Kitabların yandırılması əslində bir millətin yaddaşının məhv edilməsi demək idi. Vurğun bu həqiqəti hayqırarkən susqun qalan dünyaya da sərt suallar ünvanlayırdı.

Bu faciənin ən ağır tərəflərindən biri beynəlxalq səssizlik idi. Nə Şərqdən, nə də Qərbdən ciddi etiraz səsləri yüksəlmədi. Məhz bu məqamda Səməd Vurğun bir millətin səsi və vicdanının təmsilçisi kimi önə çıxdı. Onun yazıları, çıxışları və şeirləri Güney Azərbaycan türklərinin tək olmadığını bildirən çağırışa çevrildi.

Vurğunun Təbrizə səfəri və “Körpünün həsrəti” şeiri isə bu həsrətin zirvə nöqtələrindən biridir. Xudafərin körpüsündə dayanan qatar tarix qarşısında donub qalmış bir anın rəmzinə çevrilir. Körpüdən keçə bilməmək yalnız fiziki maneə deyil, siyasi sərhədlərin insan ruhuna vurduğu zəncirin ifadəsidir. Şairin gözündə bu körpü illərlə gözlənilən qovuşmanın səssiz şahididir.

Nəticə etibarilə, Səməd Vurğunun Güney Azərbaycan həsrəti fərdi duyğu deyil; tarixi, mədəni və milli şüurun ifadəsidir. O, şeirləri ilə yalnız ağrını anlatmamış, eyni zamanda ümid də aşılamışdır. Onun misralarında tez-tez rast gəlinən “bahar” obrazı buna görə sadəcə fəsil deyil, azadlığın və yenidən dirçəlişin müjdəçisidir.

Bu gün geriyə baxanda Vurğunun qələmindən yüksələn o sarsıdıcı səs hələ də eşidilir: bir millətin qəlbi iki yerə bölünə bilməz. Tarix zaman-zaman ayrılıqlar yaratsa da, poeziya həmişə birləşdirir.

8 may 2026

https://www.internethaber.com/samet-vurgunun-guney-azerbaycan-hasreti-2442633y.htm

Türkcədən çevri:

 Bakı Dövlət Universitetinin müəllimi Namiq Qədimoğlu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 May 2026 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see281

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see237

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see219

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see216

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see215

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see213

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see212

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see210

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see208

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see207

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see205

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see204

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see204

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see201

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see199

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see196

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see196

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see191

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see180

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri