Icma.az
close
up
RU
Səmərqənddə keçirilən konfransda Azərbaycanın tolerantlığın təbliğində rolundan danışılıb

Səmərqənddə keçirilən konfransda Azərbaycanın tolerantlığın təbliğində rolundan danışılıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 30 aprel, AZƏRTAC

Aprelin 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Səmərqənddə “Maturidilik - tolerantlıq, mötədillik və maarifçilik təlimi” mövzusuna həsr olunmuş beynəlxalq konfransın açılış mərasimində çıxış edib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, konfransda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin tədbir iştirakçılarına müraciəti səsləndirilib.

Ramin Məmmədov inkişaf edən qlobal mədəni mənzərə ilə birlikdə yeni çağırışların, eləcə də təhdidlərin yaranması fonunda davamlı sülhün və təhlükəsizliyin əsas təməlləri kimi birgə yaşayışı təşviq etmək, habelə tolerantlıq, həmrəylik və multikulturalizm dəyərlərini dəstəkləməyin zəruri olduğunu bildirib.

Özbəkistan və Azərbaycanın Türk Dövlətləri Təşkilatı vasitəsilə ortaq irsini və dəyərlərini qoruyub saxladığını deyən komitə sədri hər iki ölkənin sülh, sabitlik və ekstremizmlə mübarizədə birgə səylər göstərdiyini diqqətə çatdırıb.

R.Məmmədov, eyni zamanda, bəşər tarixinə mühüm töhfələr vermiş və İslam sivilizasiyasının əsas tarixi və mədəni mərkəzlərindən biri kimi tanınan Azərbaycanın İslam dəyərlərinin qorunmasına xüsusi diqqət ayırdığını qeyd edib. Bildirib ki, Azərbaycan İslam dəyərlərinin təbliği və mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edən mühüm beynəlxalq təşəbbüslərlə çıxış edir.

Komitə sədri, həmçinin konfransın İslamın həqiqi mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün vacib platforma olacağına, qlobal sülh və sabitliyin təşviqinə, dinlərarası dialoqun inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri