Icma.az
close
up
RU
Semiçka” nın bu faydalarını heç bilmirdiniz

Semiçka” nın bu faydalarını heç bilmirdiniz

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İllərdir ki, çay süfrələrinin, kinoya axşamlarının və bəzən də boş vaxtın “yoldaşı” olan günəbaxan tumu əslində düşündüyümüzdən daha çox şey vəd edir. Bir çox insan üçün bu, sadəcə vərdiş və ya əyləncə vasitəsidir. Amma bir ovuc günəbaxan tumu (semiçka) əslində orqanizm üçün bir dəstə vitamin və mineralla dolu bir təbii dərmandır. Xüsusilə də düzgün miqdarda və qabığı ilə yox, içliyini yeyərək qəbul edilərsə, həm ağ, həm də qara günəbaxan tumu sağlamlıq üçün əvəzsiz faydalar verir.

Bəs bu tumların ağ və qarası arasında nə fərq var? Hansı daha faydalıdır? 

News24.az günəbaxan tumunun faydalarını təqdim edir:

Qara günəbaxan tumunun faydaları

Qara günəbaxan tumu daha yağlı və ləzzətli olur. Onun tərkibindəki qidalar, xüsusilə də E vitamini, magnezium, selen, sink və B qrupu vitaminləri immuniteti gücləndirir, ürək-damar sistemini qoruyur.

Əsas faydaları bunlardır:

Antioksidant təsiri: Qara tumdakı E vitamini və selen hüceyrələri sərbəst radikallardan qoruyur.

Ürək sağlamlığı: Omeqa-6 yağ turşuları və fitosterollar pis xolesterolu azaldaraq ürək-damar sistemini dəstəkləyir.

Sinir sistemi üçün faydalı: B1 vitamini (tiamin) sinir sisteminin fəaliyyətini yaxşılaşdırır.

Dəri və saç üçün gücləndirici: Tumun tərkibindəki yağlar və vitaminlər dəri hüceyrələrinin bərpasını sürətləndirir.

Ağ günəbaxan tumunun faydaları

Ağ günəbaxan tumu daha az yağlıdır və bəzən "diyetik semiçka" kimi təqdim olunur. Həm görünüşcə, həm dad baxımından fərqlidir. Onun tərkibi də zəngindir, amma daha balanslı yağ tərkibinə malikdir. Qara tumla müqayisədə daha az kalori qəbul etmək istəyənlər üçün uyğun variantdır.

Faydaları arasında:

Qaraciyər və böyrək funksiyalarına müsbət təsir: Dərmansız detoks effekti verir.

Zəif yağ tərkibi sayəsində pəhrizlərə uyğun: Çəkisinə diqqət edənlər üçün idealdır.

Həzm sistemini yaxşılaşdırır: Lif tərkibi bağırsaqların fəaliyyətini tənzimləyir.

İltihabəleyhinə təsir: Tərkibindəki bəzi bioaktiv maddələr orqanizmdə iltihabı azalda bilir.

Hansı daha faydalıdır?

Bu, ehtiyaca görə dəyişir. Məsələn, enerji ehtiyacı yüksək olanlar və fiziki fəaliyyətlə məşğul olanlar üçün qara tum daha uyğundur. Pəhriz saxlayanlar və az yağlı qidalananlar isə ağ tumu üstün tuta bilərlər.

Əsas məsələ miqdardır – gündə 30-50 qram tum kifayətdir. Lakin qabıqlı semiçkanı dişlə qıraraq yemək diş minasına zərər, çənə oynaqlarına təzyiq və dodaq-dil yaraları yarada bilər. Buna görə qabıqsız tum və ya evdə təmizlənmiş forması tövsiyə olunur.

Dietoloqlar deyirlər ki, günəbaxan tumu sərhəd tanımayan qəlyanaltı olmamalıdır. Xüsusilə də duzlu və ya çox qızardılmış tumlar təzyiqi və böyrəkləri yora bilər. Ən faydalısı duzsuz, çiy və ya az qovrulmuş formasıdır.

Semiçka sadəcə vaxt keçirtmək üçün yox, həm də sağlamlıq üçün faydalı bir qəlyanaltıdır. Amma hər şeydə olduğu kimi bunda da ölçü vacibdir. Əgər vərdişinizi bir az dəyişdirib keyfiyyətli tum seçsəniz və gündə bir ovucla kifayətlənsəniz, bu kiçik tumların böyük faydasını hiss edəcəksiniz./yenisabah 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:785
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 İyun 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri