Icma.az
close
up
RU
Semih Şəntürk: “Fənərbaxça”da bizim zamanımızdakı ruh yoxdu”

Semih Şəntürk: “Fənərbaxça”da bizim zamanımızdakı ruh yoxdu”

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Fənərbaxça” tarixində iz buraxan oyunçulardan olan Semih Şəntürk tətilini davam etdirdiyi Bodrumda türkiyəli həmkarlarımıza diqqətçəkən açıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, “Fənər”in akademiyasından hələ ötən yay ayrılan və hazırda işsiz olan 42 yaşlı Şəntürk beşi çempionluq olmaqla 10 titul qazandığı komandanın indiki durumu barədə danışıb:

“Fənər”in akademiyasında ümumilikdə 4 il işlədim. Orda gözəl günlərim oldu. Çempionluqlar yaşadıq. Ordakı yeniyetmələrə bir şey öyrədə bildimsə, bu, mənim üçün böyük fəxrdi. Ancaq sonda ordan ayrılmaq qərarına gəldim. Ötən mövsüm sosial şəbəkə platformalarından birində müəyyən müddət şərhçilik də etdim. Bu da mənim üçün gözəl təcrübə oldu. İndi isə tətilin kefini çıxarıram. Hər təklifi dəyərləndirməyə hazıram. Amma hələlik heç bir təklif almamışam. Mənim istəyim bu sahəyə “Fənərbaxça”da köməkçi məşqçi kimi başlamaqdı. Eləcə də Abdulla Avcı və ya Fatih Terim kimi böyük məşqçilərin köməkçisi kimi işləmək də mənim üçün əlavə üstünlük olardı. 1-ci liqa və ya superliqa klublarından təklif alıb-almayacağımı bilmirəm. Çünki indiyə qədər yalnız “altyapı”da işləmişəm. “Fənərbaxça”nın durumuna gəlincə, bu, hər birimizi üzür. Çempionluq həsrəti 11 ilə yüksəldi. Düzdü, klubda hər kəs mübarizə aparmağa çalışır. Amma mən bizim zamanımızda komandada olan ruhu, qələbə əzmini görmürəm. Bizim dönəmimizdə komandada hər kəsin hörmət etdiyi böyük oyunçular var idi. Rüştü Rəcbər, Ümit Özat, Əmrə Belözoğlu, Tuncay Şanlı, Volkan Dəmirəl, Səlcuk Şahin... Böhran yaranan kimi onlar komandanı toparlamağı bacarırdılar. Çox mühüm birləşdirici rol oynayırdılar. İndiki komandada məhz bunu görə bilmirəm. Bu da məni üzür. “Altyapı”da işlədiyim illərdə də bunu hiss edirdim. “Fənər” ilk növbədə məhz həmin ruhu və coşqunu yaxalamağa çalışmalıdı. Mənim ləqəbim “növbətçi qolçu” idi. Geridə qalan mövsümdə komandada “növbətçi qolçu” görmədim. Ən çox Cenk Tosundan bunu gözləyirdim. Amma o, demək olar, şans qazanmadı. İnşallah, yeni mövsümdə hər şey daha yaxşı olar. Yığma komandamızla bağlı böyük ümidlərim var. Bizim zamanımızda yığmada bu qədər legioner oynamırdı. İndi yığmaya çağrılanların 13-15-i legionerdi. Bizim vaxtımızda Avropada oynayan maksimum 5-6 futbolçumuz var idi. Türkiyə son Avropa çempionatında 1/4 finala yüksəldi və inşallah, dünya çempionatına da vəsiqə qazanacağımıza inanıram”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 İyul 2025 05:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri