Icma.az
close
up
RU
Fernandeş getdi, Semih Kılıçsoy da

Fernandeş getdi, Semih Kılıçsoy da

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illəri uğursuz keçirən “Beşiktaş” üçün yeni mövsüm də istənilən şəkildə başlamayıb.

"Football-plus.az" xəbər verir ki, komanda “Şaxtyor”la hər iki qarşılaşmada zəif təsir bağışlayaraq fanatlarını məyus etdi. Bu azmış kimi, İstanbul nəhəngi transfer dönəmini də hələlik istənilən səviyyədə keçirmir. “Şaxtyor”la oyunlar göstərdi ki, Yurasek, Orkun Kökçü və Abrahamla ciddi hədəflər uğrunda mübarizə aparmaq çətin olacaq. Üstəlik əsas futbolçular da komandanı tərk edir.
Jedson Fernandeşin “Spartak”a keçmək üzrə olduğunu xəbər vermişdik. Bu transfer artıq rəsmiləşib. Portuqaliyalı ulduz 20,7 milyon avroya Moskva nəhənginə yollanıb və yeni klubu ilə dördillik müqavilə imzalayıb. Müqavilədə şərtə bağlı olan maksimum 7,2 milyon avroluq bonuslar da mövcuddu. Fernandeş “Spartak” tarixinin ən bahalı oyunçusuna çevrildi. “Beşiktaş” isə tarixinin ən bahalı ikinci satışını reallaşdırdı. Komanda yalnız Cenk Tosunu bundan baha qiymətə (22,5 milyon avroya) satmışdı.
Yeri gəlmişkən, bilindiyi kimi, Fernandeşin haqlarının 50 faizi “Benfika”ya məxsus idi. “Beşiktaş” 10 milyon avro qarşılığında Lissabon nəhəngindən həmin 50 faizlik haqqı almağa müvəffəq olub. Ancaq “qartal” bu məbləği “Benfika”ya 5 il ərzində ödəyəcək. “Spartak” isə 20 milyon avronu istanbullulara nəğd verəcək. Bu 20 milyon avronun yeni transferlərə xərclənəcəyi gözlənilir. İddialara görə Fernandeş “ağ-qaralar”da 1,3 milyon avro maaş almasından narazı idi. Yeni klubunda o, 3,5 milyon avro qazanacaq!
Bu arada daha bir futbolçu “Beşiktaş”ı tərk etmək üzrədi. Semih Kılıçsoy İtaliya təmsilçisi “Kalyari” ilə anlaşıb. Bu xəbəri italiyalı jurnalist Canluka Di Martsio hələ iyulun 31-də paylaşmışdı. 19 yaşlı futbolçu son detalları razılaşdırmaq üçün dünən axşam İtaliyaya yollanıb. Türkiyə mənbələrinin iddiasına görə “Beşiktaş” bu satışdan 2 milyon avrosu bonuslarla olmaqla 14 milyon avro qazanacaq. Bundan başqa, Kılıçsoyun sonrakı satışından da istanbullulara 20 faiz pay çatacaq.
Xatırladaq ki, “Beşiktaş”ın öz yetirməsi olan istedadlı futbolçu geridə qoyduğumuz mövsümdə 46 oyunda forma geyərək hesabına 4 qol, 3 məhsuldar ötürmə yazıb. Semihlə Fernandeşdən başqa “Beşiktaş” bu yay Zaynutdinov, Masuaku, İmmobile və Onur Bulut ilə də yolları ayırıb.
“Şaxtyor”la matçlardakı uğursuzluq Sulşerə olan güvəni bir qədər sarsıdıb. Fanatlar arasında yenidən Sərgən Yalçın səsləri yüksəlib. Amma məşqçi dəyişikliyi hələlik rəhbərliyin gündəmində yoxdu. Komandanın mövsümə Sulşerlə başlayacağı dəqiqdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Avqust 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see370

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see307

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see303

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see274

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see268

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see234

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see213

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see178

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see176

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see175

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see172

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see164

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see162

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see159

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see159

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see158

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see154

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see154

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see154

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri