Icma.az
close
up
RU
Səmimiyyəti və peşəkarlığı ilə seçilən həkim

Səmimiyyəti və peşəkarlığı ilə seçilən həkim

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mərkəzi Gömrük Hospitalının “Həkimlərimizi tanıyın!” rubrikası çərçivəsində pasiyentlərin etimadını qazanmış, səmimiyyəti və peşəkarlığı ilə seçilən mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru Sədi Allahverdiyevi sizə təqdim edirik.

Sədi Allahverdiyev Mərkəzi Gömrük Hospitalında hamiləliyin təyini və təqibi, hamiləlikdə şəkərli diabetin və qan uyğunsuzluğunun araşdırılması və profilaktikası, doğum (keysəriyyə və normal doğum ümumi və spino-epidural anesteziya ilə), zahılıq psixozu, doğum sonrası Pap smear müayinəsi, hamiləlikdən qorunma yolları, cinsi yolla yoluxan xəstəliklər, ginekoloji xəstəliklər, törəmələr və onların cərrahi müalicəsi - açıq və endoskopik cərrahiyyə, miomaların cərrahi və konservativ müalicəsi, yumurtalıq şişlərinin endoskopik cərrahiyyəsi, bədxassəli ginekoloji törəmələrin cərrahi müalicəsi, polikistoz yumurtalıq sindromlarında müalicə, uşaqlıq və sidik kisəsi sallanmalarının müalicəsi, sidik tutabilmədə problemlərin konservativ və cərrahi müalicəsi, uşaqlıq boynu xərçəngi və neoplazmaların profilaktikasında xüsusi tədbirlərin icrası, uroginekologiya və kosmetik ginekoloji cərrahiyyə, sonsuzluğun konservativ və cərrahi müalicəsi, kist, endometriozis, histerektomiya kimi ginekoloji əməliyyatları və ginekoloji xəstəliklərin müalicəsini həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz.

Qeyd edək ki, tibb təhsilinə 1997-ci ildə N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetində başlayan Sədi Allahverdiyev 2005-ci ildə həmin ali tibb ocağının Mama-ginekologiya kafedrasında kliniki ordinaturanı, 2008-ci ildə isə aspiranturanı bitirib. O, 2009-cu ildən etibarən Mərkəzi Gömrük Hospitalında mama-ginekoloq kimi fəaliyyət göstərir.

Sədi Allahverdiyev 2003-2009-cu illərdə Rusiyanın Moskva şəhərində N.İ.Piroqov adına 1 nömrəli klinik xəstəxanasının Mamalıq, Ginekoloji və Onkoginekoloji şöbələrində, 2011-ci ildə isə Almaniyanın Frauenklinik Klinikum Aschaffenburg xəstəxanasında Mama-ginekoloji şöbəsində mama-ginekoloq kimi fəaliyyət göstərir. O, 2022-ci ildə Böyük Britaniyanın Birmingem şəhərində Birminqem Qadın və Uşaq Hospitalının Qadın və Uşaq Mərkəzinin Mama-ginekologiya şöbəsində təcrübə mübadiləsində iştirak edib.

Daim öz üzərində işləyən, qabaqcıl təcrübəni öyrənərək işində tətbiq edən Sədi Allahverdiyev 2009-cu ildən bu günə qədər Azərbaycanda və xarici ölkələrdə təşkil olunmuş müxtəlif yerli ve beynəlxalq elmi-praktik konfranslarda, konqreslərdə davamlı olaraq məruzələrlə iştirak edir.

Sədi həkim 2018-ci ildə Dövlət Gömrük Komitəsi tərəfindən Fəxri Fərmanla təltif olunub. Sədi Allahverdiyevin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi (012) 404-08-08-dir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri