Şəmkir Rayon Xəstəxanasında 1 083 258 tibbi xidmət göstərilib
Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.
“Şəmkir Rayon Xəstəxanasında bu il ərzində 9 monitorinq aparılıb”.
Metbuat.az xəbər verir ki, bunu Agentliyin Tibbi Planlama Departamentinin rəhbəri Hikmət İbrahimli deyib.
Onun sözlərinə görə, monitorinqlər zamanı infrastruktur, texniki avadanlıqların vəziyyəti, pasiyent qəbulu və qeydiyyat prosesləri qiymətləndirilir. Şəmkir Rayon Mərkəzi Xəstəxanasında demək olar ki, Xidmətlər Zərfinə daxil olan əsas tibbi istiqamətlər üzrə təminat mövcuddur. Bu, bölgə sakinlərinin ehtiyac duyduğu tibbi xidmətləri yerindəcə digər şəhərlərə müraciət etmədən almasına şərait yaradır.
Ötən ildən bu ilin iyul ayına qədər xəstəxanada 1 083 258 tibbi xidmət göstərilib. Məhz icbari tibbi sığortanın tətbiqi nəticəsində bölgə əhalisi əlavə xərc və vaxt sərf etmədən xəstəxanada zəruri tibbi xidmətlərdən yararlana bilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 28 Noyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















